Musa Quliyev: “Azərbaycan xalqı bu siyasətə inanır və dəstəkləyir" MÜNASİBƏT
“Sabah çox böyük bir tarixi gündür. Azərbaycanın ən nüfuzlu iqtidar partiyası, xalqın partiyası olan Yeni Azərbaycan Partiyası özünün növbəti qurultayına toplaşır”. Bunu SİA-ya açıqlamasında Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü, millət vəkili Musa Quliyev deyib.
Millət vəkilinin sözlərinə görə, Qurultayda Azərbaycan xalqının tarixi üçün mühüm bir məsələ müzakirə ediləcək və özünün prezidentliyə namizədini irəli sürəcək ki, cənab Prezident daha 7 il bu dövlətə, xalqa rəhbərlik etsin: “Heç şübhəsiz ki, buna YAP-ın, partiya üzvlərinin tamamilə haqqı var. Bu xalqa göstərilən əvəzsiz xidmətin, xalqın bizə verdiyi əvəzində qiymətidir. YAP Ümummilli Lider Heydər Əliyevin dühasından doğmuş bir partiyadır. YAP Azərbaycanın birliyi, bütövlüyü, dövlətçiliyinin qurulması və möhkəmlənməsi, xalqın xoşbəxtliyinə xidmət edən, amallarından doğmuş bir partiyadır. Həmçinin YAP Ulu Öndərin uzaqgörən siyasətini, onun arzularını böyük həvəslə həyata keçirən bir partiyadır. Cənab Prezidentin rəhbərliyi altında bu partiya çox dolğun, zəngin bir yol keçdi. Partiya həm inkişaf, böyümə, həm də möhkəmlənmə yolu keçdi.
Bu gün partiyamızın üzvlərinin sayı 700 mini keçib. Bu üzvlərin çoxusu da gənclərdir, enerjili insanlardır eləcə də qurmaq, yaratmaq, xalqına xidmət etmək həvəsi, ideyaları aşıb-daşan insanlardır. Bu mənada YAP bütövlükdə Azərbaycan xalqının ən intellektual hissəsini özündə ehtiva edən çox güclü bir siyasi təşkilatdır. Hakim partiyanın öndərliyi və Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanımız doğurdan da çox böyük bir tarixi inkişaf yolu keçib, dövlətimiz möhkəmlənib, qüdrətimiz artıb, sosial-iqtisadi layihələrimiz həyata keçdi. Azərbaycan dünyanın ən inkişaf etmiş dövlətləri ilə bir sıraya gəlib çıxdı və dünyanın ən nüfuzlu dövlətlərindən birinə çevrildi.
İctimai, siyasi, sosial-iqtisadi həyatımızın bütün sahələrində uğurlar var. Azərbaycan xalqı bu siyasətə inanır və dəstəkləyir. Heç şübhəsiz ki, sabah YAP-ın Qurultayının qəbul etdiyi qərar da bütün xalqın arzusunun həyata keçməsi üçün daha yeni bir mərhələ olacaq. Hesab edirəm ki, bu da YAP-ın ölkəmizin müstəqillik tarixinə yeni bir töhfəsi olacaq”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB