Müdafiə naziri Səfər Əbiyev Çinə gedir

Müdafiə naziri Səfər Əbiyev Çinə gedir

Bu gün Azərbaycanın müdafiə naziri, general-polkovnik Səfər Əbiyev Çin Xalq Respublikasının müdafiə naziri general-polkovnik Lyan Quanlenin dəvəti ilə həmin ölkəyə rəsmi səfərə yola düşür. Müdafiə Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, üç günlük səfər çərçivəsində S.Əbiyevin Çinin müdafiə naziri, baş qərargah rəisi, dövlət və hökumət rəhbərliyinə daxil olan rəsmi şəxslərlə görüşü planlaşdırılır.

Görüşlər zamanı Cənubi Qafqazda və Şərqi Asiyada regional təhlükəsizlik məsələləri, iki ölkə arasında hərbi və hərbi texniki əməkdaşlığın gedişatı və inkişaf perspektivlərinin müzakirə ediləcəyi gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə