Gəncədə borcu olan abonentlərin suyu kəsilib

Gəncədə borcu olan abonentlərin suyu kəsilib

Gəncə şəhər Sukanal Törəmə Səhmdar Cəmiyyətinin əməkdaşları şəhərdə yenidən reydlərə başlayıblar. Budəfəki reydlər şəhərin Abbas Səhhət prospektində, Gülüstan qəsəbəsi və mərkəzində təşkil olunub.

Gəncə Sukanal Törəmə Səhmdar Cəmiyyətindən SİA-nın bölgə müxbirinə verilən məlumata görə, reydlərin keçirildiyi son üç gün ərzində borcu olan təxminən 100-dən artıq abonentin su xətti kəsilib.

Qurumun Abonent Şöbəsinin rəisi Hikmət Əmraslanov bildirib ki, suyu kəsilən abonentlər 9-10 aya yaxındır ki, borclarını ödəmirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə