"Seçkilərlə bağlı sərəncam ölkəmizin milli maraqlarına xidmət edir" MÖVQE

"Seçkilərlə bağlı sərəncam ölkəmizin milli maraqlarına xidmət edir" MÖVQE

“Ölkə Prezidenti İlham Əliyevin sərəncamı ilə növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin aprelin 11-nə təyin olunması müsbət addımdır. Çünki bu addım bilavasitə Azərbaycanın milli maraqlarına və inkişafına xidmət edən bir sərəncamdır". Bunu SİA-ya açıqlamasında Azərtbaycan Milli QHT Forumunun prezidenti Rauf Zeyni deyib.

O bildirib ki, ölkədə keçirilən seçkilər və onun nəticələri ölkədə sabitliyin və inkişafın qarantıdır: "Bu baxımdan seçkilərin aprel ayında keçirilməsi Azərbaycanın milli maraqlarına xidmət edər”.

Rauf Zeyni növbədənkənar seçklilərin keçirilməsinin QHT-lər üçün də vacib olduğunu vurğulayıb.

Forum prezidenti əlavə edib ki, QHT-lər cari ildə mühüm tarixi hadisələrlə bağlı fəallıq göstərəcəklər: "Bildiyiniz kimi 2018-ci ildə Ümummilli lider Heydər Əliyevin 95 illiyi, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi qeyd olunacaq. Bu tarixi hadisələrlə bağlı mühüm tədbirlərin keçirilməsi nəzərdə tutulur ki, QHT-lər həmin tədbirlərdə fəallıq göstərəcəklər".

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev növbədənkənar prezident seçkilərinin keçirilməsi ilə bağlı sərəncam imzalayıb. Sərəncama əsasən Prezidenti seçkiləri 2018-ci il aprelin 11-nə təyin olunub.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə