Azərbaycanda növbədənkənar Prezident seçkiləri elan edildi

Azərbaycanda növbədənkənar Prezident seçkiləri elan edildi

Növbədənkənar Prezident seçkiləri 2018-ci il aprelin 11-nə təyin olunub

Prezident İlham Əliyev fevralın 5-də “Növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin elan edilməsi haqqında” Sərəncam imzalayıb.

SİA-nın rəsmi mənbələrə istinadən verdiyi məlumata görə, Sərəncamda Mərkəzi Seçki Komissiyasına növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin 2018-ci il aprelin 11-nə təyin olunmasını və Azərbaycan Respublikasının Seçki Məcəlləsində müəyyən edilmiş qaydada keçirilməsini təmin etmək tapşırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə