Hilari Klinton: "Terrorla mübarizə mövzusunda Pakistanla əməkdaşlığımız bizi qürurlandırır"

Hilari Klinton: "Terrorla mübarizə mövzusunda Pakistanla əməkdaşlığımız bizi qürurlandırır"

ABŞ-ın Dövlət katibi Hilari Klinton ABŞ və Pakistan arasında 3-cü strateji dialoq yığıncağında açıqlama verib. SİA-nın məlumatına görə, Klinton ABŞ-ın Pakistana 2 milyard dollarlıq hərbi yardım edəcəyini bəyan edib.

Pakistanın terrorla mübarizə mövzusunda ABŞ-ın ən yaxın ortağı olduğunu ifadə edən Klinton Pakistana təşəkkür edib: "Terrorla mübarizə mövzusunda Pakistanla əməkdaşlığımız bizi qürurlandırır. İslamabad rəhbərliyinə bütün dəstəklərinə görə öz təşəkkürlərimizi bildiririk".

Dövlət katibi bütün bunlarla yanaşı ABŞ-ın Pakistana 2 milyard dollar dəyərində hərbi yardım edilməsi mövzusunun konqresdə müzakirə ediləcəyini qeyd edib: "Konqresdən Pakistana 2012-2016-cı illər arasında 2 milyard dollar yardım ayırmasını tələb edəcəyik. Bu tələbimiz cavabsız qalmayacaq".

Klintonun sözləri ilə məlum olub ki, tələb ediləcək məbləğin vətəndaş layihələri üçün təsdiqlənən 7,5 milyard dollarlıq yardıma aidiyyatı olmayacaq: "ABŞ konqresi keçən il Pakistana 7,5 milyard dollar yardım ayrılacağına qərar vermişdi. Bizim konqresdən tələb etdiyimiz 2 milyard dəyərindəki yardım təsdiqlənərsə bu 7,5 milyardın xaricində olacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə