Çavuşoğlu: “Ordumuz yaxın zamanda Afrini xaşxaşilərdən təmizləyəcək”

Çavuşoğlu: “Ordumuz yaxın zamanda Afrini xaşxaşilərdən təmizləyəcək”

“Bu gün Burseya dağını azad edən qəhrəman ordumuz çox yaxın zamanda bütün Afrini xaşxaşilərdən təmizləyəcək”. SİA-nın verdiyi məlumata görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu “Twitter” səhifəsində bildirib.

Nazir terrorçu PKK qruplaşmasının Suriyadakı YPG adlı qolunun üzvlərinin Afrində narkotik tərkibli həbdən istifadə ediklərini də yazıb.

Türkiyə hərbçiləri Burseyanı terrorçulardan təmizləyərkən ərazidən narkotik həblər aşkarlanaraq götürülüb. Həmin həblərin fotosunu Mövlud Çavuşoğlu paylaşıb.

Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələri yanvarın 20-dən Suriyanın Afrin bölgəsinin terrorçulardan təmizlənməsi əməliyyatını keçirir.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə