"Azərbaycan Respublikası regionlarının investisiya potensialı: nailiyyətlər və perspektivlər" mövzusunda elmi-praktiki konfrans keçirilib

"Azərbaycan Respublikası regionlarının investisiya potensialı: nailiyyətlər və perspektivlər" mövzusunda elmi-praktiki konfrans keçirilib

Bu gün Bakı Biznes Mərkəzində "Azərbaycan Respublikasının regionlarının investisiya potensialı: nailiyyətlər və perspektivlər" mövzusunda elmi-praktik konfrans keçirilib.

SİA-nın məlumatına görə, İqtisadi İnkişaf Nazirliyinin (İİN) təşkilatçılığı ilə "Azərbaycan Respublikası regionlarının investisiya potensialı: nailiyyətlər və perspektivlər" mövzusunda elmi-praktiki Konfrans keçirilən tədbirdə müvafıq dövlət qurumlarının, elmi-tədris müəssisələrinin, beynəlxalq təşkilatlarn nümayəndələri ilə yanaşı iqtisadçı-ekspertlər və iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən 100-ə yaxın sahibkar iştirak edib.

Konfransın giriş sözünü iqtisadi inkişaf nazirinin müavini Niyazi Səfərov açıb. O, ölkədə həyata keçirilən dövlət proqramlarının, o cümlədən regional inkişaf və ərzaq təhlükəsizliyi sahəsində qəbul edilmiş sənədlərin xüsusi əhəmiyyətini vurğulayan nazir müavini bu proqramların uğurlu icrası nəticəsində qeyri-neft sektorunun surətlə inkişaf etdiyini, yeni iş yerlərinin və müəssisələrin yaradıldığını, iqtisadiyyata investisiya qoyuluşlarmın artdığını konfrans iştirakçılarının diqqətinə çatdırıb.

Nazir müavini kənd təsərrüfatında məhsul istehsahnın stimullaşdırılması, əhalinin ərzaq məhsullarına olan tələbatının yerli istehsal hesabına ödənilməsi və ərzaq təhlükəsizliyinin təmin edilməsi istiqamətində dövlət tərəfındən həyata keçirilən tədbirlər barədə də məlumatlar verdikdən sonra, dövlət proqramlarının uğurlu icrası nəticəsində ötən 7 il ərzində ölkədə 900 minə yaxın yeni iş yeri açılması, 35 mindən çox yeni müəssisə yaradılması barədə də danışıb.

Niyazi Səfərov hər bir region üzrə mövcud potensialdan səmərəli istifadə etmək üçün investisiya layihələrinin hazırlanması və onların reallaşdırılmasının əhəmiyyətini qeyd edərək bu sahədə nazirliyin beynəlxalq təşkilatlarla əməkdaşlığı bundan sonra da davam etdirəcəyini bildirib.

Niyazi Səfərov onu da qeyd edib ki, kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, sənaye, xidmət, turizm sektorunu əhatə edən 134 layihədə investisiya qoyuluşunun əhəmiyyəti, investisiya tələbatı və layihənin həyata keçirilmə planı əks olunub.

Daha sonra Azərbaycan İnvestisiya Şirkətinin icraçı direktoru Əfqan İsayev qurumun fəaliyyəti və həyata keçirilən layihələr barədə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun prezidenti Adil Məmmədov isə regionlara xarici investisiyaların cəlb edilməsi, sahibkarların beynəlxalq əlaqələrinin inkişafında AZPROMO-nun rolu barədə məlumatlar veriblər.

Qeyd edək ki, konfransda sənaye və energetika nazirinin müavini Natiq Abbasov, kənd təsərrüfatı nazirinin müavini Bəhram Əliyev , rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədov, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev, İİN-nin Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdiri Zaur Qasımov, həmçinin, Azərbaycan Milli Elmlər Akademiyasının birinci vitse-prezidenti Arif Həşimov, İİN-nin İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun direktoru Vilayət Vəliyev ölkənin təbii və əmək potensialından səmərəli istifadə etməklə qeyri-neft sektorunun sürətli inkişafının təmin edilməsi üçün elmi araşdırmaların zəruriliyini qeyd edərək, bu sahədə həyata keçirilən tədqiqat işləri barədə məlumatlar veriblər.

Onu da qeyd edək ki, konfransda Türkiyə İnkişaf Bankının nümayəndəsi də iştirak edib. Türkiyə İnkişaf Bankının nümayəndəsi Murat Yülek "İqtisadi İnkişaf Nazirliyinin institusional quruculuğu və potensialının artırılmasına dair" layihəsi çərçivəsində məsləhətçi qurumlar tərəfındən layihənin icrası məqsədilə görülən işlər barədə konfrans iştirakçılarına məlumatlar verib.

O cümlədən, konfransda Azərbaycan Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunun direktoru İsa Alıyev "Qlobal mühitdə regional inkişafa baxış", Qafqaz Universitetinin prorektoru Cihan Bulud "Regional inkişafda beynəlxalq təcrübə" və Azərbaycan Turizm İnstitutunun rektoru Cəfər Cəfərov "Regionlarda turizmin inkişaf xüsusiyyətləri" mövzusunda məruzələrlə çıxışlar ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə