Mikele Nikoletti: “Vətəndaşların siyasətçilərə inamı itib”

Mikele Nikoletti: “Vətəndaşların siyasətçilərə inamı itib”

"Avropa Şurası məkanında münaqişələrin sayı artıb. Biz bu münaqişələrin həllinə nail olmadığımız üçün vətəndaşların siyasətçilərə inamı itib". SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, bunu Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yeni prezidenti, italiyalı deputat Mikele Nikoletti bu gün assambleyada çıxışda bildirib.

O bildirib ki, avropalı siyasətçilər bu məsələdə daha diqqətli olmalıdır: "Biz təşkilatın reputasiyasını qaldırmaq üçün birlikdə çalışmalıyıq, milli maraqları yox, ümumi maraqlara xidmət etməliyik".

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə