"Mən müsəlmanların da prezidentiyəm"

"Mən müsəlmanların da prezidentiyəm"

Almaniya prezidenti Kristian Vulf "İslam Almaniyanın bir parçasıdır. Mən müsəlmanların da prezidentiyəm" sözlərini Ankarada da təkrar edib. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, Prezident Abdullah Güllə keçirdiyi birgə mətbuat konfransında Vulf bu sözlərini Türkiyə Böyük Millət Məclisində də səsləndirəcəyini bildirib.

Almaniyalı bir jurnalistin ünvanladığı "Siz də ölkənizdəki xristianların prezidentiyəm deyə bilərsinizmi" sualına cavab olaraq Türkiyə prezidenti Abdullah Gül "Bizim də müsəlman olmayan vətəndaşlarımız var. Əlbəttə, mən onların da prezidentiyəm" deyə cavab verib

Bütün xəbərlər Facebook səhifəmizdə