ABŞ maliyyə nazirinin müavini Azərbaycana gəlib

ABŞ maliyyə nazirinin müavini Azərbaycana gəlib

ABŞ maliyyə nazirinin terrorçuluq və maliyyə kəşfiyyatı məsələləri üzrə müavini Stüart Levinin Azərbaycana səfəri başlayıb. ABŞ-ın Azərbaycandakı səfirliyinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, Bakıda səfərdə olan Stüart Levi bu gün rəsmi görüşlərə başlayacaq. Stüart Levinin Azərbaycan Prezidenti İlham Əliyev və Milli Bankın nümayəndələri ilə görüşləri nəzərdə tutulur.

Səfərdə məqsəd İranın həyata keçirdiyi nüvə proqramı ilə əlaqədar BMT-nin İrana qarşı tətbiq etdiyi sanksiyaları müzakirə etməkdir. Stüart Levi Bakıda görüşləri başa çatdırdıqdan sonra bu gecə Ankaraya gedəcək və Türkiyə rəsmiləri ilə analoji mövzuda müzakirələr aparacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə