Mübariz Qurbanlı: “İslam dünyasında həmrəyliyə böyük ehtiyac var”

Mübariz Qurbanlı: “İslam dünyasında həmrəyliyə böyük ehtiyac var”

“Azərbaycanda dini mövzuda yazan jurnalistlərin bu sahədə ətraflı məlumatı olmalıdır”. SİA-nın verdiyi məlumata görə, bunu bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı “Söz azadlığı və dini icmalar” mövzusunda keçirilən konfransda deyib.

Onun sözlərinə görə, Dini bilgilərin mükəmməl olması həm jurnalistin özü, həm də cəmiyyət üçün çox faydalıdır: “Ölkəmiz dinlərarası dialoqa, İslam həmrəyliyinə böyük töhfə baxımından unikal ölkədir. Bəzi ölkələrdə dindən sui-istifadə halları müşahidə olunur. Dindən sui-istifadə edərək dünyanın ayrı-ayrı regionlarında radikal qruplar yaratmaqla faciələrə gətirib çıxaran hadisələr törədilir. Bu cür hadisələrin qarşısını almaq üçün dinlərarası dialoqa, İslam dünyasında həmrəyliyə böyük ehtiyac var. Azərbaycan bu baxımdan nümunəvi ölkədir. Ölkəmizdə dövlət-din modeli mövcuddur".

Komitə sədri bildirib ki, Azərbaycanda bundan sonra da dini maarfləndirmə işləri aparılacaq

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə