Azər Həsrət: “Azərbaycan islam həmrəyliyi məsələlərində öndədir” AÇIQLAMA

Azər Həsrət: “Azərbaycan islam həmrəyliyi məsələlərində öndədir” AÇIQLAMA

“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2017-ci ili ölkəmizdə “İslam Həmrəyliyi ili” elan etməsə də Azərbaycan islam həmrəyliyi məsələlərində öndədir”. Bunu SİA-ya açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.

Onun sözlərinə görə, Azərbaycanda həm tolerantlıq mühitinin olması, həm də islam ölkələrinin ayrı-ayrı məsələləri ilə bağlı həmrəylik nümayiş etdirməsində prinsipial mövqeyi nümayiş etdirib: “Sadəcə olaraq biz 2017-ci ili ölkəmizdə “İslam Həmrəyliyi ili” elan etmişdik. Xüsusilə də islam ölkələrinin idman yarışının ölkəmizdə keçirilməsi (“İslam Həmrəyliyi Oyunları”) əlamətdar hadisə idi. Ümumilikdə Azərbaycanın islam həmrəyliyi məsələlərində bir daha tanıdılması, dünyaya bəyan edilməsi, digər tərəfdən də islam dövlətləri arasında olan anlaşılmazlıqların həlli baxımından bu idman yarışı əhəmiyyətli idi. Yəni Azərbaycan örnək göstərdi. Sonuncu örnək də Qüds məsələsində Azərbaycanın tutduğu konstruktiv mövqe ilə bağlıdır. Yəni ölkəmiz bu məsələdə də öz birmənalı mövqeyini ifadə etdi. Bütövlükdə Fələstin məsələsi ilə bağlı Azərbaycan dövləti hətta bəzi ərəb dövlətlərinə örnək olacam münasibətini bəsləyir. Təbiidir ki, bu da islam həmrəyliyindən sərgilənən bir məqamdır”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə