Yeni Zellandiyada susuzluğu su əvəzinə spirtli içki ilə aradan qaldırmaq daha ucuz başa gəlir. SİA-nın "Anadolu" xəbər agentliyinə istinadən verdiyi məlumata görə, Otaqo Universitetinin alimləri araşdırmaların nəticəsi olaraq belə bir qərara gəlib. Belə ki, bu ölkədə bir stəkan şərabın qiyməti orta hesabla 62 Yeni Zellandiya senti olduğu halda, eyni miqdarda suyun qiyməti 67 sentdir.
Araşdırmada iştirak edən alimlərdən biri professor Nik Vilson spirtli içkilərin qiymətinin son 10 ildə böyük sürətlə aşağı düşdüyünü bildirərək ucuz spirtin sağlamlığa mənfi təsirləri ilə bağlı insanları xəbərdar edib. Araşdırmaçılar hökumətin reklam nəzarəti, vergilərin artırılması və içki satılan ticarət mərkəzlərinin işləmə müddətinin azaldılması kimi tədbirləri həyata keçirilməli olduğunu deyir.
Ölkədə üzüm bolluğu səbəbi ilə spirtli işkilərin qiymətlərinin son illərdə düşməsi daha çox gənclərin sağlamlığının təhlükə altına qoyduğu bildirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB