SİA-nın verdiyi məlumata görə, nümayəndə heyətini salamlayan Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı onlara ölkəmizdə həyata keçirilən uğurlu siyasət nəticəsində yaranan sabit dini durum və multikultural mühit barədə söz açıb. Bildirib ki, dünya miqyasında demokratik dəyər kimi təbliğ olunan tolerantlığa xalqımız təkcə hüquq yox, həm də mənəvi dəyər prizmasından yanaşır.
Azərbaycanda 28-i qeyri-islam olmaqla 784 dini icmanın dövlət qeydiyyatına alındığını bildirən Mübariz Qurbanlı ölkəmizdə müxtəlif dini konfessiyaların əsrlərdir sərbəst və qarşılıqlı anlaşma şəraitində fəaliyyət göstərdiklərini, onların dilinə, dininə, mədəniyyətinə xalqımızın daim yüksək qiymət verdiyini və hörmətlə yanaşdığını, dövlət tərəfindən mütəmadi olaraq İslam və qeyri-islam dini icmalarına maliyyə yardımı göstərildiyini vurğulayıb. Mübariz Qurbanlı ölkədəki müxtəlif mədəniyyətlər, dinlər, məzhəblər arasındakı dözümlülük ənənəsinə, milli-mənəvi dəyərlərimizə dövlətin verdiyi önəmin təzahürü olaraq 2016-cı ilin ölkəmizdə “Multikulturalizm ili”, bu ilin isə “İslam Həmrəyliyi İli” elan edildiyini bildirib.
Rusiya Federasiyasının İctimai Palatasının və Rusiya Federasiyasının Prezidenti yanında Dini Qurumlarla Əməkdaşlıq Şurasının üzvü Oleq Yuryeviç ölkəmizdə bütün dini konfessiyalar, icmalar və müxtəlif xalqların nümayəndələri üçün mövcud olan tolerant mühitin əyani şahidi olduğunu bildirib. Qonaq əhalisinin 96 faizinin müsəlman olduğu ölkədə bu cür mühitin olmasının dünyada az rast gəlinən hal olduğunu diqqətə çatdırıb.
İkinci dəfə Azərbaycana səfər etdiyini deyən Yeddinci Günün Adventistləri Kilsəsinin Ümumdünya Cəmiyyətinin ictimai əlaqələr və din azadlığı şöbəsinin rəhbəri Qanun Diop respublikamızın daha da inkişaf etdiyini və gözəlləşdiyini vurğulayıb. Yeddinci günün adventistləri dini icmasının 100 ildən artıq Azərbaycanda fəaliyyət göstərdiyini qeyd edən Qanun Diop icmanın fəaliyyəti üçün yaradılan azad və tolerant mühitə görə dövlətimizə minnətdarlığını bildirib.
Görüşün sonunda qonaqlara Azərbaycandakı tolerant mühitin əks olunduğu kitablar hədiyyə edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Xəbər lenti
Qəzza zolağında neçə xristian qalıb?
Dünya 18:49Klassik tələ...
Dünya 18:27Azərbaycan BVF-dən texniki yardımın genişləndirilməsini istəyir
İqtisadiyyat 17:36Ukraynada keşiş 3 nəfəri güllələyib
Dünya 17:33Dünya Bankının qlobal konfransı 2027-ci ildə Bakıda keçiriləcək
İqtisadiyyat 17:31Ramiz Mehdiyev YAP-dan çıxarılıb
Siyasət 17:00Masallı rayonunum Xıl kəndində şəhid anıldı
Sosial 16:55Qardaşa qardaş məsləhəti...
Rəy 16:42Rəqəmsal inkişaf və nəqliyyat naziri Qəbələdə vətəndaşlarla görüşüb
İqtisadiyyat 15:48Müharibə bizim seçimimiz olmayıb - MƏQALƏ
Siyasət 14:40Doqquz ayda Azərbaycanda kənd təsərrüfatı məhsulu üzrə istehsal artıb
İqtisadiyyat 14:18Siyəzəndə vətəndaşların müraciətləri dinləniləcək
Sosial 13:23Sabah Azərbaycanda 31 dərəcə isti olacaq
Sosial 13:15“Tarın Paqaninisi” Yakutiyada Azərbaycan musiqisinin sehrini yaşatdı
Mədəniyyət 10:52Biz beynəlxalq arenada fəal əməkdaşlıq edirik - MƏQALƏ
Siyasət 10:09Hesablama Palatasının strukturu dəyişir
İqtisadiyyat 10:08Azərbaycan XİN Pakistana başsağlığı verib
Siyasət 09:47İnfantino bu planına görə ÜZR İSTƏDİ
İdman 03:22Özəl xəbərlər
Digər xəbərlər
Redaktorun seçimi
Köşə yazıları
Populyar
Valyuta məzənnəsi
-
USD
1,7000
0,00%
-
EUR
1,9090
+0,12%
-
GBP
2,2616
+0,45%
-
RUB
2,0290
+0,70%

2008-2026. Səs İnformasiya Agentliyi, Bütün hüquqlar qorunur. Məlumatlardan istifadə etdikdə istinad mütləqdir.
İfadə olunan fikirlərə sayt məsuliyyət daşımır.
Ünvan: Üzeyir Hacıbəyli küçəsi, 66; Bakı, Azərbaycan.
Email: [email protected] Tel.: (+994 12) 598-33-90; Faks: (+994 12) 493-11-62;



