“Avrasiya məkanının dəyərləri”

“Avrasiya məkanının dəyərləri”

Bu gün Moskvada Rusiyanın Ali İqtisadiyyat Məktəbində (Высшая школа Экономики) “Avrasiya məkanının dəyərləri” mövzusunda gənclər forumu keçirilir. SİA-nın verdiyi məlumata görə, tədbir MDB ölkələrindən 100 ə qədər politoloq, jurnalist, elm adamları və ictimai fəalların iştirakı ilə baş tutub.

Tədbirdə spiker və ekspertlər qismində Rusiyanın tanınmış KİV rəhbərləri, deputatları və elm adamları çıxış ediblər.

“Türk – slavyan sivilizasiyalarının bağları: tarix və müasirlik” mövzusunda çıxış edən AR Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının müəllimi, politoloq Zaur Məmmədov XXI əsrdə dünyanı bürüyən problemlərdən bəhs edərkən rus – türk birliyinin vacibliyinə toxunub. Tarixən hər zaman rusların müxtəlif türk xalqları ilə bağlılığından söz açan Məmmədov, həmin xalqların Rusiya mədəniyyətinə, tarixinə təsirindən bəhz edərək müxtəlif türkdilli xalqların Rusiya dövlətçiliyindəki rolundan söz açıb. “Türk – rus” bağlarının öyrənilməsi təkcə elmi cəhətdən deyil, eyni zamanda indiki mövcud durum üçün aktualdır. Regionda aparılan inteqrasiya layihələrinin effektivliyi məhz bu iki simbiozun möhkəmliyindən asılıdır”- deyə, o, bildirib.

Qeyd edək ki, sabah tədbirin yekunlarına dair Ria Novosti informasiya agentliyində mətbuat konfransının keçirilməsi planlaşdırılır.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə