Gəncə şəhərində təmirdən sonra istifadəyə verilən Məhəmməd Füzuli adına parkın açılışı olub. SİA-nın bölgə müxbiri xəbər verir ki, tədbirdə şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov və digər rəsmi şəxslər iştirak ediblər.
Mərasimdə bildirilib ki, 2,5 ha əraziyə malik istirahət guşəsində aparılan yenidənqurma və abadlıq tədbirləri nəticəsində 1,5 ha sahəyə toxum səpilərək qazonlar salınıb. Əraziyə 3100 ədəd həmişəyaşıl və dekortaiv gül və kol bitkiləri əkilib. Müasir tipli fəvvarələr, uşaqların istirahətini təmin etmək məqsədi ilə karusellər quraşdırılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB