Gəncədə xalq artisti Mənsum İbrahimovun 50 illik yubileyi qeyd olunub

Gəncədə xalq artisti Mənsum İbrahimovun 50 illik yubileyi qeyd olunub

Gəncə şəhərində Azərbaycan Respublikasının xalq artisti Mənsum İbrahimovun 50 illik yubileyi qeyd olunub. Yeni Azərbaycan Partiyasının dəstəyi ilə təşkil olunan tədbirdə milli musiqimizin, muğamımızın görkəmli şəxsiyyətləri, ziyalılar, mədəniyyət işçiləri iştirak edib.

SİA-nın bölgə müxbiri xəbər verir ki, tədbirdə yubliyarın həyat və yaradıcılığından bəhs edilib. Muğam səntimizin inkişafında göstərdiyi xidmətlərindən danışılıb.

Bildirlib ki, görkəmli muğam ustadı ulu öndər Heylər Əliyev tərəfindən "Əməkdar Artist", prezident İlham Əliyev tərəfindən isə "Xalq Artisti" fəxri adlarına layiq görülüb. Prezident təqaüdçüsü olan sənətkar bu günlərdə "Şərəf" ordeni ilə mükafatlandırılıb. 50 illik yubileyinin də bu ərəfəyə düşməsi xoş təsadüfdən xəbər verir.

Gəncəyə gəlişindən məmnunluq duyduğunu dilə gətirən Mənsum İbrahimov ona göstərilən diqqət və qayğıdan razılığını bildirib.

Qeyd edək ki, konsert proqramında ziyalıların çıxışları ilə yanaşı, yubliyarın tələbələrinin, həmçinin görkəmli sənətkarların ifasında muğamlardan parçalar səslənib.

Bütün xəbərlər Facebook səhifəmizdə