Sabah Qırğızıstanda parlament seçkiləri keçiriləcək

Sabah Qırğızıstanda parlament seçkiləri keçiriləcək

Aprel ayındakı xalq üsyanından sonra Qırğızıstanda parlament seçkiləri keçirilir. SİA-nın məlumatına görə, sabah keçiriləcək seçkidə 29 partiya mübarizə aparacaq.

İyunda qəbul edilən yeni konstitusiyaya görə, bir partiyanın parlamentdə təmsil olunması üçün 5 faizlik barajı keçməsi lazımdır. Bununla yanaşı, heç bir partiya 65-dən çox millət vəkilinə sahib ola bilməz.

Seçkidə ən çox səs alması gözlənilən Atameken Partiyasının lideri Ömürbek Tekebayev təbliğat kampaniyasının son günündə keçmiş prezident Kurmanbek Bakiyevin anadan olduğu Oş bölgəsində görüşlər keçirib.

Tekebayev əsas hədəlfərinin xarici sərmayəni artırmaq olduğunu, bunun üçün öncə hüquq sistemini gücləndirəcəklərini, mafiyanı bitirəcək sərmayədarlara etimad atmosferi hazırlayacaqlarını söyləyib.

Tekebayev "Burada insan haqqı hər şeydən öncədir. Qırğız, özbək ayrı-seçkiliyi etməyəcəyik" deyib.

Bütün xəbərlər Facebook səhifəmizdə