Mühafizə alayında Dövlət Bayrağı Günü qeyd edilib

Mühafizə alayında Dövlət Bayrağı Günü qeyd edilib

Ədliyyə Nazliyi Penitensiar Xidmətinin Mühafizə alayında 9 Noyabr - Dövlət Bayraq Gününə həsr olunmuş “Bayrağımız – Qürurumuzdur” adlı tədbir keçirilib.

SİA-nın verdiyi məlumata görə, tədbirdə çıxış edənlər tərəfindən bu əlamətdar gün haqqında geniş məlumat verilib, 17 Noyabr 1990-cı il tarixindən Ümummilli Lider Heydər Əliyevin təklifi ilə Naxçıvan MR ali məclisində müqqədəs üç rəngli bayragımızın dalğalandığı bildirilmiş və Azərbaycan Bayrağının müqəddəsliyi, dəyəri barədə danışılıb.

Alayın əsgərləri arasında “Üç Rəngli Bayrağımız - qurur mənbəyimizdir” mövzusunda rəsm müsabiqəsi keçirilib.

Müsabiqədə fəqlənən əsgərlər alay komandanlığı tərəfindən mükafatlandırılmış və onların rəsmlərindən ibarət sərgi təşkil olunub.

Sonda Xətai adına Mədəniyyət Mərkəzinin incəsənət ustaları Alayın şəxsi heyəti üçün bayram konserti ilə çıxış edib.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə