Avropada zəhərli tullantı həyəcanı artır

Avropada zəhərli tullantı həyəcanı artır

Macarıstanda bir alüminyum fabrikində kimyəvi tullantının toplandığı sistemin çökməsi həyəcan yaradıb. SİA-nın məlumatına görə, yüzlərlə kubmetr kimyəvi palçıq ətrafa yayılıb.

Bölgədəki yaşayış məskənləri tərkibində təhlükəli ağır metallar olan 1 milyon ton zəhərli maddə ilə örtülüb. Bəzi yerlərdə 2,5 metrə yaxınlaşan zəhərli maddə 4 nəfərin ölümünə, 120 nəfərin yaralanmasına səbəb olub. 7 nəfər isə itkin düşüb.

Gecəni küçələrdə keçirən bölgə sakinləri rəsmilərdən məlumat almağa çalışırlar. Yayılan kimyəvi palçığı nəzarət altına almaq və təmizləmək üçün səylər davam etdirilir.

Hadisənin son illərin ən böyük ekoloji fəlakətinə çevrilməsi ilə bağlı narahaqlır yaşanır. Çünki sızan palçıq Avropa qitəsinin ən önəmli çaylarından olan Tuna çayını təhdid edir. Zəhərli tullantılar artıq Tunanın qolu olan Raba çayına çatıb. Bir neçə gün sonra isə zəhərli maddə Tuna çayına qarışacaq. Onun üçün bölgədəki çay yataqlarına zəhərli tullantıların zərərini azaldacaq maddələr tökülür.

Bütün xəbərlər Facebook səhifəmizdə