Taliban İngiltərə şahzadəsini qaçırarsa...

Taliban İngiltərə şahzadəsini qaçırarsa...

İngiltərədə bir televiziya kanalı İngiltərə taxtının 3-cü varisi şahzadə Harrinin Taliban tərəfindən qaçırılması ehtimalı üzərinə hazırlanan "yarı sənədli" film yayınlayacaq.

 

SİA-nın məlumatına görə, "Channel 4" kanalının bu ay nümayiş etdirəcəyi, İngiltərə kraliçası 2-ci Elizabetin nəvəsi şahzadə Harri "Əfqanıstanda hərbi xidmətdə olarkən Taliban tərəfindən qaçırılardısa nələr ola bilərdi" düşüncəsiylə hazırlanan film tamaşaçıların ixtiyarına veriləcək.

 

"Şahzadə Harrini qaçırmaq" adlı filmdə Harri Əfqanıstanın cənubunda baş verən bir vertolyot qəzası nəticəsində Talibanın əlinə keçir və daha sonra onun sərbəst buraxılması üçün Talibanla sövdələşmələr aparılır.

 

Xatırladaq ki, şahzadə Harri 2008-ci ildə 10 həftə ərzində Əfqanıstanın Helmand vilayətində İngilis hərbi birləşmələrində xidmət etmiş və burada olması xəbərinin internet vasitəsilə yayılması nəticəsində, təhlükəsizlik səbəbiylə bu ölkədən ayrılmışdı. 26 yaşındakı şahzadənin daha sonra Əfqanıstana geri dönmək istədiyi xəbərləri mətbuatda əks olunmuşdu.

Bütün xəbərlər Facebook səhifəmizdə