Florian Pötter: “Azərbaycanlılar avtomobili daha sərbəst sürürlər, nəinki almanlar” - EKSKLÜZİV

Florian Pötter: “Azərbaycanlılar avtomobili daha sərbəst sürürlər, nəinki almanlar” - EKSKLÜZİV

"Azərbaycan və Almaniya arasında bir çox sahədə yüksək səviyyəli əməkdaşlıq var. Həmçinin elmi sahədə əməkdaşlığımızı daha da dərinləşdirib, inkişaf etdirmək istəyirik". Bu sözləri SİA-ya açıqlamasında Almaniyanın Azərbaycandakı səfirinin siyasi məsələlər üzrə müşaviri Florian Pötter deyib. O Azərbaycanda özünü rahat hiss etdiyini, Azərbaycanın modern ölkə olduğunu, insanlarının isə tolerant olduğunu qeyd edib. "Azərbaycanlılar və almanlar arasında hansı ortaq və əks cəhətlər görürsünüz?" sualına F.Pötter "Azərbaycanlılar avtomobili çox sürətli idarə edirlər. Almanlardan tamamilə fərqlidir. Azərbaycanlılar avtomobili daha sərbəst sürürlər, nəinki almanlar", - deyə cavab verib.

Angela Merkelin bu yaxınlarda peyğəmbəri təhqir edən karikaturaçıya mükafat verməsinə münasibət bildirən müşavir bunun problemli məsələ olduğunu deyib. O, Almaniyada söz azadlığının olduğunu, medianın azad olduğunu, ancaq bu azadlığın başqalarını təhqir etmək həddinə çatmamalı olduğunu bildirib.

Müşavir daha sonra Azərbaycanda ingilis dilinin alman dilinə nisbətən daha populyar olması barədə danışıb: "Bəli, doğrudur ki, ingilis dili Azərbaycanda alman dilindən daha populyardır. Biz alman dilinin Azərbaycanda insanlar tərəfindən mənimsənilməsi üçün bir çox işlər görürük. Universitetlərdə alman dili tədris olunur, bir sıra elmi müqavilələrimiz var. Buradan bəzi tələbələri alman dilini inkişaf etdirmək üçün öz ölkəmizə göndəririk.
 
Burada azərbaycan dilini öyrənirsinizmi sualına müşavir "Mən Azərbaycanda az bir vaxtda olsam da qısa müddətdə bir az öyrənmişəm", deyə cavab verib. Ancaq F. Pötter mikrofonumuza Azərbaycanca yaınız "Mən Almaniyadan …" deyə bilib.

O, Bakının gözəl şəhər olduğunu vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə