Tbilisidə GUAM xarici işlər nazirlərinin görüşü başlayıb

Tbilisidə GUAM xarici işlər nazirlərinin görüşü başlayıb
Tbilisidə GUAM-ın təsis edilməsinin 20 illiyinə həsr olunan təşkilata üzv ölkələrin Xarici İşlər Nazirləri Şurasının iclası başlayıb. SİA-nın xəbərinə görə, Azərbaycan, Gürcüstan, Ukrayna və Moldovanın xarici işlər nazirləri Elmar Məmmədyarov, Mixeil Canelidze, Pavlo Klimkin və Andrey Qalbur və GUAM-ın baş katibi Altay Əfəndiyev GUAM çərçivəsində əməkdaşlıq və təşkilatın gələcək inkişaf perspektivləri barədə müzakirələr aparırlar. Nazirlər görüşdən soran mətbuat üçün birgə bəyanatla çıxış edəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə