Bakı Dövlət Universiteti (BDU) Tələbə Həmkarlar İttifaqı Komitəsi I kurs tələbələri ilə keçirdiyi görüşlərlə paralel olaraq strukturun yenilənməsi istiqamətində də müəyyən işlər həyata keçirir. BDU-nun mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, bu gün BH və BM fakültəsi Tələbə Həmkarlar Təşkilatı bürosunun və sədrinin müəyyən edilməsi məqsədilə növbəti hesabat seçki konfransı keçirilib. Seçki konfransı müvəffəqiyyətlə başa çatıb. Yaqubov Ülvi Rahim oğlu fakültə Tələbə Həmkarlar Təşkilatının sədri seçilib.
Eyni zamanda, görüşdə BDU Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Daşqın Qəndərov təşkilatın fəaliyyəti, həyata keçirdiyi tədbirlər haqqında iştirakçılara geniş informasiya verib.
Eyni zamanda, görüşdə BDU Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Daşqın Qəndərov təşkilatın fəaliyyəti, həyata keçirdiyi tədbirlər haqqında iştirakçılara geniş informasiya verib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB