Aydın Quliyev: “Builki seçkilərin ilkin mərhələsində ən çox rast gəlinən pozuntu namizədlərə verilən imza vərəqlərinin sayı ilə bağlıdır” - AÇIQLAMA

Aydın Quliyev: “Builki seçkilərin ilkin mərhələsində ən çox rast gəlinən pozuntu namizədlərə verilən imza vərəqlərinin sayı ilə bağlıdır” - AÇIQLAMA
"Ötən parlament seçkilərinin birinci mərhələsi ilə müqayisədə builki seçkilərin birinci mərhələsində vəziyyət o qədər də pis deyil". Bu sözləri SİA-ya "Bakı Xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev açıqlamasında deyib. O builki parlament seçkilərinin ilkin mərhələsindəki vəziyyətlə bağlı monitorinq keçirdiyini də vurğulayıb.

Baş redaktorun sözlərinə görə, 2005-ci ildə keçirilən parlament seçkilərinin birinci mərhələsində olan pozuntuların xarakterini builki parlament seçkilərinin ilkin mərhələsindəki pozuntuların xarakteri ilə müqayisə etdikdə builki seçkilərin ilkin mərhələsində ən çox rast gəlinən yeganə pozuntu və narazılıqlar namizədlərə verilən imza vərəqlərinin sayı ilə bağlıdır.

"Ayrı-ayrı dairələrdə iddiaçılara veriləcək imza vərəqələrinin sayı ilə bağlı bir sıra narazılıqlara, şikayətlərə rast gəlinir. Seçki prosesi ilə birbaşa bağlılığım olmasa da gələn informasiyalardan belə bir qanaətə gəlmək olar ki, hələlik narazılıq doğuran məsələ yalnız bununla bağlıdır. Bu da çox güman ki, ayrı ayrı dairələrdə, müəyyən dairə komissiya sədrlərinin məlumatsızlığından irəli gəlir. Çünki Seçki Məcəlləsində imza vərəqlərinin sayına məhdudiyyət qoyulmadığı açıq göstərilir. Yəqin ki, bu hal da aradan qaldırılacaq. O ki qaldı builki seçkilərin demoratikliyinə bunu gələcək göstərəcək. Amma ilkin mərhələ ilə bağlı mənim fikrim məqbuldur", - deyə A.Quliyevv qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə