Qabil Hüseynli: “Nümayəndə heyəti ilə görüşündə Prezident əməlli- başlı onları danladı”
“Azərbaycan Prezidenti İlham Əliyev Avropa İttifaqının Brüsseldə akkreditə olunmuş səfirlərinin daxil olduğu Avropa İttifaqı Şurasının Siyasi və Təhlükəsizlik Komitəsinin nümayəndə heyətini qəbul edərkən etdiyi çıxışında çox böyük qətiyyət göstərdi, haqlı hərəkət elədi. Çünki, Avropa Şurası son zamanlar Azərbaycana qarşı qərəzli münasibətini daha da çoxaldıb”
Bunu SİA-ya açıqlamasında politoloq Qabil Hüseynli bildirib. Onun sözlərinə görə, qərəzli münasibətlər uzun müddətdir ki, Dağlıq Qarabağ məsələsində özünü büruzə verir. Son zamanlar isə ictimai-siyasi həyatımızın müxtəlif sahələrində nümayiş etdirilir. Nümayəndə heyəti ilə görüşündə Prezident əməlli-başlı onları danladı və bildirdi ki, possovet məkanındakı bir çox münaqişələr eyni zəmində, eyni motivlərlə və eyni mərkəzdən yönəldilir və cür də hərəkət edilir. Bu məsələlərin də birinə bir cür yanaşma, başqasına, xüsusilə də Dağlıq Qarabağa başqa cür yanaşma heç bir məntiqə sığmır. Hətta Varşava sammitində qeyd edilir ki, possovet məkanındakı münaqişələrin hamısına eyni cür yanaşmaq lazımdır. Bu nöqteyi-nəzərdən Prezidentin söylədikləri lap yerinə düşür. Qaldı ki, Azərbaycanda bəzi ictimai-siyasi məsələlərin xarakterinə, bu məsələlərdə də Prezident haqlı olaraq qeyd etdi ki, Azərbaycan Avropa Şurasız da ötüşə bilər və bundan sonra da öz işini Avropa Birliyi ilə quracaqdır. Mənim zənnimcə bu da haqlı bir fikirdir. Təbii ki, Azərbaycanın Dağlıq Qarabağ münaqişəsi olmasaydı daha müstəqil, daha uyğun hərəkət edə bilərdi. Görüşdə, mən belə hesab edirəm ki, Prezident Avropa Şurasına lazımi dərs verdi və Avropa Şurası da bu dərslərdən lazımi nəticələr çıxaracaq”.
İnam Hacıyev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB