Noyabrda Yeni Azərbaycan Partiyasının təsis olunmasının 25 illiyi münasibətilə bu gün Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatında hakim Partiyanın qızıl fondu - "91-lər"lə görüş keçirilib. SİA-nın verdiyi məlumata görə, Rayon təşkilatının sədri, Milli Məclisin deputatı Şəmsəddin Hacıyev tədbir iştirakçılarını təbrik edərək onlara siyasi fəaliyyətlərində uğurlar arzulayıb.
O, bildirib ki, YAP-ın yaranması müasir tariximizin ən mühüm ictimai-siyasi hadisələrindən biridir. Təşkilat sədri, ötən dövr ərzində Yeni Azərbaycan Partiyasının ümumxalq partiyasına çevrildiyini, bütün bu müddət ərzində Azərbaycanın inkişafı naminə çalışdığını bildirib. O, tarixə qısa ekskurs edərək partiyanın yaranması tarixindən danışıb, 1990-cı ilin əvvəllərində Azərbaycanın dərin böhran vəziyyətində olduğunu, bu böhrandan xalqı və dövləti Ulu öndər Heydər Əliyevin çıxardığını, xalqın ziyalılarının müraciəti ilə 1992-c il 21 noyabr tarixində Azərbaycanın taleyində çox mühüm rol oynayan Yeni Azərbaycan Partiyasının yarandığını vurğulayıb.
Digər çıxış edənlər Ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısında göstərdiyi əvəzsiz xidmətlərdən danışıblar. Həmçinin partiyanın keçdiyi inkişaf yolu, eləcə də YAP Səbail rayon təşkilatının fəaliyyəti haqqında fikirlərini bildiriblər. Qeyd olunub ki, bu gün YAP Səbail rayon təşkilatı partiyanın avanqard qüvvələrindən biri kimi yüksək fəallığı ilə seçilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB