Fazil Mustafa: “İslahat Bloku” namizədlərinin irəli sürülməsi zamanı heç bir ciddi problemlə qarşılaşmayıb” - AÇIQLAMA
"Builki parlament seçkiləri digər seçkilərdən formasına görə fərqlənir. Belə ki, builki parlament seçkilərində siyasi mübarizə artıq ayrı-ayrı namizədlər arasında yox, daha çox partiya birlikləri və ayrı-ayrı partiyalar arasında gedir". SİA-nın verdiyi xəbərə görə, bu sözləri "İslahat Bloku" siyasi partiyalar blokuna daxil olan Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa açıqlamasında deyib.
O bildirib ki, əvvəlki seçkilərdə Yeni Azərbaycan Partiyası hər hansı bir dairədə 10-12 nümayəndəsini və ya çoxsaylı bitərəflər irəli sürürdüsə, indi siyasi mübarizənin daha çox bloklar, partiyalar arasında partiya intizamı çərçivəsində, vahid namizədləri arasında gedəcəyi müşahidə olunur. Parlament seçkilərinə hazırlıqla əlaqədar aparılan işlərin ilkin mərhələsinin yekunları ilə bağlı vəziyyətə də toxunan partiya sədri birinci mərhələnin hələ də yekunlaşmadığını dilə gətirib: "Yekun o vaxt vurulur ki, namizədlərin dəqiq siyahısı müəyyən olunsun. Amma hələ ki, bu siyahı müəyyən olunmayıb. Burada iki amil var. Birinci amilə namizədliyini irəli sürən şəxslərin imza toplama kampaniyasını, sənədlərinin hazırlanmasını hansı keyfiyyətdə həyata keçirməsi və təhvil verməsi, ikinci amilə isə buna qanunauyğun münasibətin necə olması daxildir. Hələ ki, birinci mərhələ tam yekunlaşmayıb.
Mərkəzi Seçki Komissiyasının saytına diqqət yetirdikdə seçki dairələrin 80 faizində imzatoplama kampaniyalarına yekun vurulmadığını görürük. Yəni ayrı-ayrı namizədlər, blokların tərkibləri, hətta Yeni Azərbaycan Partiyasının nümayəndələrinin belə imzalarının toplanmasını və təhvil verməsini göstərən rəqəm MSK-nın saytında yer almayıb. Bu baxımdan da hələ kimlərin qeydə alınıb-alınmayacağı, bu şikayətlərin hansı miqyasda olacağı bəlli deyil".
F. Mustafa blokun namizədlərinin irəli sürülməsi zamanı heç bir ciddi problemlə qarşılaşmadıqlarını bildirib. O həmçinin qeyd edib ki, bu məsələlər hansı dairələrdə qanun pozuntuların, şikayətin olması, MSK-nın bu şikayətlərə obyektiv baxıb-baxmaması məsələsindən sonra daha dəqiq məlum olacaq: "Sənədləri qanuna uyğun şəkildə hazırladıqdan sonra bizim özümüz tərəfindən hansı problem ola bilər? Problem olarsa, bu artıq dairə seçki komissiyaları ilə bağlıdır. Sənədlər təqdim olunandan sonra dairə komissiyalarının ortaya qoyduğu münasibət ilə ümumilikdə seçkilərə olan münasibətin hansı səviyyədə olduğunu görə biləcəyik. Bu baxımdan hələ ki, bu mərhələdə ciddi bir pozuntu haqqında "İslahat Bloku"nun seçki qərargahına məlumat daxil olmayıb".

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB