Oktyabrın 5-də Beynəlxalq Müəllimlər Günü münasibətilə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə pedaqoji heyətin iştirakı ilə təntənəli mərasim keçirilib. SİA-nın Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, əvvəlcə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət himni ifa olunub.
Təlim-tədris prosesi haqqında məruzə dinlənildikdən sonra pedaqoji fəaliyyət dövründə uğurlar əldə etmiş müəllimlərin həvəsləndirilməsi əmri elan edilib, bir qrup müəllimə Fəxri Fərman və qiymətli hədiyyələr təqdim edilib.
Tədbirin bədii hissəsində Silahlı Qüvvələrin Mahnı və Rəqs Ansamblı konsert proqramı ilə çıxış edib.
Daha sonra Həzi Aslanov adına Mərkəzi Zabitlər Evinin təşkilatçılığı ilə “N” hərbi hissəsində Beynəlxalq Müəllimlər Günü münasibətilə tədbir təşkil olunub.
Tədbirdə hərbi hissənin şəxsi heyəti və hərbi şəhərciyin nəzdində fəaliyyət göstərən Əfqan Qadaşov adına Pirəkəşkül qəsəbə tam orta məktəbinin müəllim və şagirdləri iştirak edib.
Əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olmuş vətəndaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət himni səsləndirilib.
Polkovnik Mehman Kərimov çıxış edərək ölkəmizdə təhsilin müasir səviyyədə inkişafından danışıb, dövlət rəhbərliyinin bu vacib sahəyə yüksək qayğı göstərdiyini qeyd edib və birlik komandirinin müəllim kollektivinə ünvanlanmış təbrikini oxuyub.
Sonra ümummilli lider Heydər Əliyevin və Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin müxtəlif dövrlərdə təhsil ocaqlarında müəllim və şagirdlərlə görüşlərini əks etdirən film nümayiş edilib.
Hərbi hissənin rəhbərliyi adından müəllimlərə qiymətli hədiyyələr təqdim olunduqdan sonra tədbir Mərkəzi Zabitlər Evinin yaradıcı kollektivinin maraqlı konsert proqramı ilə davam edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB