"Azərbaycan bütün beynəlxalq təşkilatlarla əməkdaşlığını davam etdirməlidir" AÇIQLAMA

Niyaməddin Orduxanlı: "Ermənilərin olduğu bütün beynəlxalq təşkilatlarda Azərbaycanın olması vacıbdır"
"Azərbaycan bütün beynəlxalq təşkilatlarla əməkdaşlığını davam etdirməlidir" AÇIQLAMA

“Azərbaycan dövləti uzun müddətdir ki, bütün beynəlxalq təşkilatlarla, regional qurumlarla əməkdaşlıq edir. Biz bir dövlət olaraq çox doğru bir siyasət aparır ki, ən nüfuzlu təşkilatlara yaxından əməkdaşlıq edilir. Qarabağ kimi ciddi bir problemimizin olduğu halda dövlət maraqları tələb edir ki, Azərbaycan həm Avropa İttifaqı ilə, həm Avropa Şurası ilə, həm də digər nufuzlu təşkilatlarla yaxın əməkdaşlıq edək. Bu əməkdaşlıqda dövlətin maraqlı olduğu açıq-aşkar ortadadır”. Bunu SİA-ya açıqlamasında Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini Niyaməddin Orduxanlı deyib.

Onun sözlərinə görə, bəzən bu qurumların konkret dövlətimizlə bağlı uyğun olmayan münasibətini görürük: “Təbii ki, bir çox hallarda Azərbaycana qarşı qərarların qəbul edilməsində qərəz görünür və bu qərarların qəbulunda erməni diasporunun da rolu az olmur. Birbaşa Qarabağla bağlı məsələdə, milli maraqlarımıza bağlı məsələlərdə bu qurumların ədalətsiz mövqeyi ilə rastlaşırıq. Açıq danışmaq lazımdır ki, beynəlxalq təşkilatlar bir çox halllarda dünyanı idarə edən güc mərkəzlərinin əlində bir vasitə rolunu oynayır, iri dövlətlərin bir ruboruna çevrilir. Bu asıllıq var. Bütün bunlara baxmayaraq, düşünürəm ki, Azərbaycan hakimiyyəti bütün təşkilatlarla qarşılıqlı münasibətlər çərçivəsində əməkdaşlığını davam etdirməlidir. Bəzən bir neçə adamın rəyinə rast gəlirik ki, sanki onlar Azərbaycanın beynəlxalq təşkilatlardan çıxmasını "uğur" kimi cəmiyyətə çatdırmaq istəyir. Mən bunun yolverilməz olduğunu düşünürəm! Erməni kimi düşmənimiz olan yerdə mütləq Azərbaycan olmalıdır! Özü də söhbət dünyanın ən nufuzlu təşkilatlarından gedir”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə