Lənkəran rayonunda 27-30 Sentyabr tarixlərində keçirilən "Xəzər Həftəsi" başa çatıb. SİA-nın cənub bürosunun məlumatına görə, bu müddət ərzində Xəzər sahil zolağında yerləşən ərazilərində təmizlik işləri aparlıb.
İməcilikdə 1 saylı ərazi üzrə Ekologiya və Təbii Sərvətlər Şöbəsinin əməkdaşları ilə birgə icra nümayəndələri, bələdiyyələr, ictimaiyyətin nümayəndələri, o cümlədən məktəblilər də fəal iştirak edib.
Sahil zolağı məişət və digər növ tullantılardan təmizlənib. 1 saylı ərazi üzrə Ekologiya və Təbii Sərvətlər Şöbəsinin müdir müavini Əlizamin Həmidov bildirib ki, bu ilki "Xəzər Həftəsi"ndə daha çox yerli sakinlər iştirak ediblər.
Şöbənin əməkdaşları məktəblərdə görüşlər keçirib, beynəlxalq dəniz həftəsinin keçirilməsinin məramı və əhəmiyyəti barədə məlumat veriblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB