75 saylı Lənkəran-Masallı Dairə Seçki Komissiyasına 9 nəfər namizədlik üçün müraciət edib

75 saylı Lənkəran-Masallı Dairə Seçki Komissiyasına 9 nəfər namizədlik üçün müraciət edib

75 saylı Lənkəran – Masallı Dairə Seçki Komissiyası 39 məntəqədə 36944 seçicini əhatə edir . Bu məntəqələrin 28-i və seçicilərin 27753 nəfəri Lənkəran rayonunun payına düşür. 9181 nəfər seçicini birləşdirən 11 məntəqə isə Masallı rayonunun ərazisində yerləşir. Bundan əlavə, qanunvericiliyə əsasən səsverməyə 5 gün qalmış Liman şəhərində yerləşən "N" saylı hərbi hissədə seçki məntəqəsi yaradılacaq ki, burada da 600 seçici səsverməyə qatılacaq.

75 saylı Lənkəran – Masallı DSK-nın katibi Fikrət Əkbərovun SİA-nın cənub bürosuna verdiyi məlumata görə , Milli Məclisə təyin edilən seçkilərdə 75 saylı DSK üzrə 9 nəfər namizədlik üçün müraciət edib ki , bunların arasında bitərəflər, müxtəlif partiyaların və seçki bloklarının nümayəndələri var.

F. Əkbərov daha sonra bildirib ki , imza vərəqələrini götürən 9 nəfərdən 3-ü qeydə alınmaq üçün imza vərəqələrini dairəyə təqdim edib. Artıq 1 nəfərin namizədliyi qeydə alınıb. Digər şəxslərin imza vərəqələri isə yoxlanılmaq mərhələsindədir.

Bütün xəbərlər Facebook səhifəmizdə