İqbal Ağazadə: “Qarabağ" bloku parlament seçkilərinə daha fərqli şəkildə qatılacaq” – AÇIQLAMA
"Qarabağ" siyasi partiyalar bloku olaraq parlament seçkiləri ilə bağlı sıra mühüm vəzifələri icra etmişik". Bu barədə SİA-ya bloka daxil olan
Ümid Partiyasının sədri İqbal Ağazadə məlumat verib. Blok tərəfindən irəli sürülən namizədlərin müəyyən olunduğunu deyən partiya sədri bildirib ki, artıq namizədlər yerlərdə imzatoplama kampaniyası ilə məşğuldurlar. Onun sözlərinə görə, bəzi imza toplayan nümayəndələrimiz sənədlərini artıq seçki komissiyalarına təhvil veriblər: "Qarabağ" siyasi partiyalar blokundan 102 nəfər namizədliyini irəli sürüb, onlardan 10-a yaxını qeydə alınıb. Bu mərhələdən sonra prosesin hansı istiqamətdə inkişaf edəcəyini nəzərə alaraq addımlarımızı müəyyən edəcəyik. Oktyabrın 15-dən sonra təbliğat kampaniyası başlayır. Həmin kampaniyaya bir blok olaraq daha fərqli şəkildə qatılacağıq. Həm kütləvi müəyyən olunmuş yerlərdə açıq və qapalı kütləvi tədbirlərin keçirilməsi, həm qapıdan qapıya prisipinin həyata keçirilməsi və digər başqa təbliğat üsüllarından istifadə edəcəyik".
Blokun parlament seçkilərində uğur qazanması məsələsinə toxunan partiya sədri onun tək blokdan deyil, seçkilərin demokratik keçirilməsindən asılı olduğunu dilə gətirib: "Qarabağ blokunun uğur qazanması tək bizdən asılı olan bir şey deyil. Biz xalqın səsini alacağıq, sonrakı mərhələdə nə olacaq bu artıq bizdən deyil, hakimiyyətin seçkilərə olan münasibətindən, demokratik seçki keçirmək istəyindən asılı olacaq".
Builki parlament seçkilərinin fərqləndirən cəhətlərə gəlincə: "Ümumiyyətlə, seçkilər demokratik bir prosesdir. Azərbaycanın demokratik seçki prosesinin aparması üçün Azərbaycan müxalifəti bu illər ərzində çaba göstərib. Biz də bu prosesi davam etdiririk. Demokratiyaya nail olmaq üçün gərəkilən nə mükündürsə, hamısını edirik. Hesab edirəm ki, builki parlament seçkiləri də Azərbaycan müxalifətinin, cəmiyyətin demokratikləşməsinə bir töhfə olacaq".
Qeyd edək ki, "Qarabağ" blokunda Ümid Partiyasından əlavə, Demokrat Partiyası və Aydınlar Partiyası da təmsil olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB