Azərbaycanın prokurorluq orqanlarının əməkdaşları peşə bayramlarını qeyd edirlər. SİA-nın xəbərinə görə, peşə günü münasibətilə respublikasının baş prokuroru Zakir Qaralov başda olmaqla Baş Prokurorluğun və Bakı şəhər Prokurorluğunun şəxsi heyəti Fəxri Xiyabanda Ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanını ziyarət ediblər.
Daha sonra jurnalistlərə açıqlama verən Zakir Qaralov bildirib ki, artıq 11 ildir ki, prokurorluq işçiləri öz peşə bayramlarını qeyd edirlər və bu gün prokurorluq orqanları öz təkmilləşmə, müasirləşdirmə və yenidənqurma dövrünü yaşayır: "Peşə bayramını bizə ərmağan edən Heydər Əliyevdir. Ümummilli lider Heydər Əliyevin 1998-ci ildə imzaladığı sərəncama əsasən 1 oktyabr prokurorluq işçilərinin peşə bayramı kimi qeyd olunur. Bu tarixin seçilməsi heç də təsadüfü deyil. 1918-ci ilin 1 oktyabr tarixində Bakı Ali Məhkəməsinin nəzdində prokurorluq yaranıb. Ondan sonrakı dövrlərdə də prokurorluq müxtəlif rejimlərdə fəaliyyət göstərib".
Baş prokuror deyib ki, ötən il dövlət başçısı İlham Əliyevin "Prokurorluq orqanlarının fəaliyyətinin müasirləşdirilməsi dair 2009 -2011-ci illər" üçün nəzərdə tutulan dövlət proqramını təsdiq etməsi prokurorluğun iş fəaliyyətində mühüm dəyişikliklərə gətirib çıxardıb: "Bu proqramda çox qlobal dəyişikliklər nəzərdə tutulur. Hazırda biz bu dəyişiklərin həyata keçirilməsi ilə məşğuluq".
Qeyd edək ki, 17 iyul 1998-ci il tarixdə prezident Heydər Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Şurasının 1 oktyabr 1918-ci il tarixli qərarı ilə Bakı Dairə Məhkəməsinin tərkibində prokurorluq orqanlarının fəaliyyətə başlamasını əsas tutaraq hər il oktyabr ayının 1-ni Azərbaycan Respublikası Prokurorluğu işçilərinin peşə bayramı günü kimi qeyd edilməsi barədə sərəncam imzalayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB