Bu gün beynəlxalq təbəssüm günüdür. SİA-nın məlumatına görə, dünya hər il oktyabrın ilk cümə günündə bu günü qeyd edir. Özünü Xoşbəxtlik və Ümumdünya Təbəssüm Korporasiyasının beynəlxalq səfiri təyin edən, 2001-ci ildə həyatdan köçən Amerikalı rəssam Xarvi Boll hər il oktyabrın birinci cümə gününün təbəssüm günü kimi qeyd olunmasını istəyib.
Keçən əsrin ortalarında Amerikada yaşayan rəssamın yaradıcılığı heç bir maraqlı əsərlə fərqlənmirdi. Buna baxmayaraq "State Mutual Life Assurance Cos. of America" sığorta şirkətinin nümayəndələri xahiş edirlər ki, şirkətin vizit kartları üçün nə isə yaddaqalan simvol hazırlasın. Xarvi çox düşünmədən sifarişçilərə indi də internet istifadəçiləri tərəfindən çox istifadə olunan sarı rəngli gülümsər üz simvolunu təklif edir. Az bir müddətdə bu simvol Bellə böyük şöhrət gətirir. Çox keçmədən Xarvi Bell oktyabrın 1-də Beynəlxalq Gülüş Günü adlanan bayramın keçirilməsini təklif edir. O hesab edir ki, bu gün mütləq yüksək əhval-ruhiyyəyə həsr olunmalıdır.
Beynəlxalq Təbəssüm Günüdə "Xeyirxah iş gör!" "Kiməsə gülməyə kömək et!" əsas şüarlardır. Qeyd edək ki, xeyirxahlıqla məşğul olmaq məqsədi ilə Xarvi Boll adına qeyri-kommersiya fondu da fəaliyyət göstərir.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB