YAP Şəmkir rayon təşkilatı tədbir keçirib

YAP Şəmkir rayon təşkilatı tədbir keçirib

Bu gün YAP Şəmkir rayon təşkilatının partiyanın 25-ci ildönümü münasibəti ilə Şəmkir SES ilk partiya təşkilatında "Dünənimizin, bu günümüzün və gələcəyimizin partiyası Yeni Azərbaycan Partiyası " adlı tədbiri keçirilib. SİA-nın verdiyi məlumata görə, tədbiri giriş sözü ilə açan Şəmkir SES Silsiləsinin rəisi, YAP Şəmkir rayon Şurasının üzvü Misir Yusifov açaraq partiyanın yaranma tarixi, inkişaf mərhələləri, ölkənin ictimai-siyasi həyatındakı müstəsna rolu barədə geniş məlumat verib.

Qeyd edib ki, ciddi sınaqlardan çıxmış YAP 25 il ərzində təşəkkül tapıb, inkişaf edib, möhkəmlənib, ildən-ilə öz sıralarını genişləndirərək xalqın partiyasına çevrilib: "YAP-ın yaranması, keçdiyi zəngin və şərəfli tarixə nəzər salan M.Yusifov bildirib ki, YAP 25 il ərzində çətin və şərəfli yollardan keçərək, bu gün Azərbaycanın ən güclü partiyası kimi formalaşıb. YAP ölkədə keçirilən bütün siyasi kampaniyalarda qələbə qazanır. Ümummilli Lider Heydər Əliyevin 25 il öncə uzaqgörənliklə qeyd etdiyi kimi, "Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır"".

Tədbirdə çıxış edən YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev partiyanın Azərbaycan dövlətçiliyinin inkişafında oynadığı rol barədə danışıb. Bildirib ki, YAP-ın yaranmasından 25 il ötsə də, bu müddət ərzində partiyamız çox zəngin yol keçib: "YAP müasir Azərbaycan dövlətçiliyinin möhkəmlənməsində yeganə iqtidar partiyası olduğunu əməli və səmərəli fəaliyyəti ilə sübuta yetirib. Yeni Azərbaycan Partiyasının Sədri, ölkə Prezidenti İlham Əliyevin yorulmaz və məqsədyönlü fəaliyyəti sayəsində partiyanın ölkənin ictimai-siyasi həyatında nüfuzu daha da artmış, cəmiyyət içərisində onun rolu yüksəlmiş, avanqard dəstəyə çevrilmişdir".

Daha sonra çıxış edən YAP Şəmkir rayon təşkilatı Şəmkir SES ilk partiya təşkilatının sədri Ziyəddin Cəlilov partiyanın gəncliyin inkişafı üçün uğurlu fəaliyyət göstərdiyini diqqətə çatdıraraq YAP-ın sıralarında gənclərin kifayət qədər yüksək təmsil olunduqlarını vurğulayıb. Ulu Öndər Heydər Əliyevin hər zaman gənclərə xüsusi diqqət və qayğı ilə yanaşdığını və bu siysətin YAP Sədri, ölkə Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirib.

Sonda digər çıxış edənlər partiyanın 25 illik şərəfli və zəngin yol keçdiyini, Ümummilli Lider Heydər Əliyevin və Onun layiqli davamçısı, partiyanın Sədri, dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə böyük nailiyyətlərə nail olunduğunu bildiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə