Kataloniyada referendum öncəsi hadisələr gərgin görünsə də nisbi sakitlik idi. Basklar Madridin loyal münasibət göstərəcəyini, Madrid isə bölgəyə göndərdiyi polisin separatçılara əzələ nümayişi olduğunu zənn edib radikal addımlardan çəkinirdilər. Amma hər iki tərəf yanıldı. Hadisəni nəzarətdə saxlamaq tərəflərə nəsib olmadı. Əslində Avropanın susqunluğu Madridə tərs sillə kimi dəydi. Separatçıların dəstəklənməsinin acı nəticəsini İspaniya öz üzərində hiss etdi.
Kataloniyada baş verənlər əslində Avropada tüğyan edən separatizmin yalnız görünən tərəfidir, aysberqdir. Sabah Korsikada, Siciliyada, İtaliyanın şimalında, Belçikada, Hollandiyada, İngiltərədə (Belfast hadisələri) baş qaldıracaq separatçılara, bölücülərə avropalılar nə cavab verəcəklər? Əslində "Qoca Avropa" və onu yönəldən aparıcı dövlətlər Azərbaycanda erməni separatizmi baş qaldıranda bunun bumeranq effekti verəcəyini anlamalı idilər. İndi isə çox gecdir. Özlərinin yetişdirdiyi mikropa özləri yoluxublar. Soruşmaq lazımdır hanı avropalı hüquq müdafiəçiləri, niyə səslərini çıxarmırlar? Hanı Andres Qross, hanı onun adaşı Herkel, hanı Avropanı barmağına dolayan Merkel?
İndi Kataloniyada nə baş verir?
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB