Göksəl Gülbəy: "DQ-a qanunsuz səfər edənlər ermənilərə xidmət edirlər" AÇIQLAMA
Sentyabrın 22-də Türkiyədən olan bir qrup ziyalı - Əli Bayramoğlu, Səid Çəkinoğlu, sabiq millət vəkili “Yaşıllar və Sol Gələcək Partiyası”nın rəsmisi Ufuk Uras, yazıçı və aparıcı Erol Katırçıoğlu “Qərbi Ermənistan Konqresi” adlanan təşkilatın təşəbbüsü ilə Dağlıq Qarabağa qeyri-qanuni səfər etməsi, eləcə də onların anti-Azərbaycan və anti-Türkiyə xarakterli, ermənipərəst fikirlər səsləndirməsi qardaş ölkə olan Türkiyənin özündə də kəskin reaksiyaya səbəb olub.
SİA-nın verdiyi məlumata görə, məsələ ilə bağlı açıqlama verən Əsassız Erməni İddialarına Qarşı Mübarizə Dərnəyinin (ASİMDER) sədri Göksəl Gülbəy bildirib ki, Türkiyə vətəndaşlarının Ermənistana, oradan isə işğal altında olan Dağlıq Qarabağa qanunsuz olaraq səfər etmələri onların erməni sevgisindən irəli gəlir: "Bunu sübuta yetirən dəlillər də mövcuddur. Belə ki, qanunsuz olaraq Xankəndinə gedən millət vəkili Üfüq Uras, yazıçı Səid Çetinoğlu, jurnalistlər Əli Bayramoğlu və Erol Katırcıoğlu illərdir Türkiyədə qondarma erməni soyqırımı iddialarına dəstək nümayiş etdirib və hətta bu barədə kitab da yazıblar”.
ASİMDER sədri qeyd edib ki, adıçəkilən şəxslər məhz onların ermənilərə göstərdikləri xidmətin qarşılığı olaraq Ermənistana dəvət ediliblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB