Milli Məclisdə Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanun layihəsi müzakirəyə çıxarılıb. SİA-nın xəbərinə görə, Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin və Azərbaycan Respublikasının Prezidenti yanında QHT Dövlət Dəstəyi Şurasının birgə təşkilatçılığı ilə bağlı Azərbayca Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamına əsasən həmin qanun layihəsinin ictimai müzakirəsi keçirilir.
“Dəyirmi masa”da komitə üzvləri, dövlət orqanlarının, qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak edirlər.
Müzakirəlrədə çıxış edən Azərbaycan Respublikasının Prezidenti yanında QHT Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev bildirib ki, Milli Məclis qanunların qəbulunda işlənib hazırlanmasında vətəndaşların fikirlərinə ehtiyac duyur, onların rəylərini gözləyir: "Nə qədər çox rəy, fikir olsa qanun layihələri daha təkmil ola bilər. Azərbaycanda Mİlli Məclislə vətəndaş cəmiyyətinin əməkdaşlığı bir çox ölkələr üçün örnək ola bilər. Bu. əməkdaşlığı bundan sonra da davam etdirməliyik. Düşünürəm ki, bugünkü müzakirələrdən xeyli fadalanacağıq".
Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli söyləyib ki, Milli Məclisdə bir çox layihələr ictimai müzakirələrə çıxarıldıqdan sonra daha da təkmilləşdirilib.
Müzakirələr davam edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB