Milli Məclisin III çağırış payız sessiyası öz işinə başlayıb. SİA-nın məlumatına görə, iclas Azərbaycan Respublikasının Dövlət Himni ilə başlayıb. İclası giriş sözü ilə açan spiker Oqtay Əsədov deputatları salamlayaraq onları payız sessiyasının başlanması münasibətilə təbrik edib. O bildirib ki, prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində son 5 ildə Azərbaycan ən sürətli, dinamik ölkəyə çevrilib ki, bu da bizim ən böyük uğurumuzdur.
"Biz öz işimizlə prezidentin siyasətini dəstəkləməyə çalışmışıq. Milli Məclisin III çağırış müddətində 1058 qanun qəbul edilib. Parlamentin bu müddət ərzində beynəlxalq sahədə uğurları da çox olub. Bu imici formalaşdıran sizlər olmusunuz. Ölkəmizi beynəlxalq səviyyədə layiqli təmsil etməklə uğurlara nail olmusunuz. Bu müddət ərzində Parlamentə dünyanın 60 ölkəsindən 600-dən çox nümayəndə heyəti qonaq olub. Millət vəkillərimizin isə 70 ölkəyə, 820 səfəri təşkil edilib. Bu müddət ərzində Parlament Azərbaycanın inkişafına öz töhfəsini verib".
Spiker həmçinin parlament seçkiləri ilə əlaqədar payız sessiyasının qısa olduğunu da qeyd edib. O, seçkilərdə iştirak edən millət vəkillərə uğurlar arzu edib və seçkilərin demokratik keçirilməsi üçün bütün səylərini ortaya qoymağa çağırıb.
Qeyd edək ki, bu günkü iclasın gündəliyinə 17 məsələ daxil olub. Həmin məsələlərə Milli Məclisin 2010-cu il payız sessiyasının qanunvericilik işlər planı, Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklərin edilməsi və bir sıra sazişlərin ratifikasiyası daxildir.
Xatırladaq ki, Milli Məclisin III çağırış payız sessiyasının son iclası oktyabrın 8-də keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB