Türkiyənin Müdafiə naziri Azərbaycana gəlir

Türkiyənin Müdafiə naziri Azərbaycana gəlir

Sentyabrın 27-də Türkiyə Respublikasının Milli Müdafiə naziri Nurəddin Caniklinin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana rəsmi səfər edəcək. SİA-nın Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, səfər çərçivəsində Türkiyə nümayəndə heyətinin Azərbaycanın Müdafiə Nazirliyi və digər dövlət strukturlarında rəsmi görüşlərinin keçirilməsi, həmçinin Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin “TurAz Qartalı - 2017” birgə taktiki-uçuş təlimlərinin bağlanış mərasimində iştirakı nəzərdə tutulub.

Səfər sentyabrın 29-dək davam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə