Azərbaycan demokratiyasının Fransada qələbəsi AKTUAL+FAKT

Azərbaycan demokratiyasının Fransada qələbəsi AKTUAL+FAKT

Yaxud, Leyla Yunusun məşhur isterikası heç nəyi dəyişmədi…

Bu yaxınlarda “Sülh və Demokratiya İnstitu”nun direktoru Leyla Yunusun həbsdə olduğu müddətdə Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya əfv olunması üçün yazdığı məktubu vəkil Elçin Qənbərov tərəfindən ictimailəşdirilib. Daha dəqiq desək, “Leyla Yunusun dədəbəsi və yoxsulluğu” adlı kitabında bu barədə sübutlar qeydə alınıb. İş birliyi qurduğu və Azərbaycan əleyhinə fəaliyyət göstərən ermənipərəst təşkilatlar qarşısında “sıınmayan hüquq müdafiəçisi” və QHT rəhbəri kimi fikir formalaşdıran Leyla Yunus və əri Arif Yunusa qrantların oğurlanmasında və vergidən yayınmaqda ittiham edilib və 8 il 6 ay müddətinə həbs olunub, lakin sonradan Apellyasiya məhkəməsi onun cəzasını yüngülləşdirərək, şərti həbslə əvəz edib. Azad olunduqdan sonra isə “SDİ” rəhbəri əri ilə birgə Azərbaycanı tərk edərək Avropaya köçüb.

Leyla Yunus vədinə əməl edərək özünü azadlıqdakı yaramaz kimi apardı!

Maraqlısı da budur ki, özünü “xəstə”, əldən düşmüş qoca qadın” və s. kimi gstərərən L.Yunus bir müddət fəaliyyətini saxlasa da, sonradan Yunuslar cütlüyü yenidən Azərbaycan dövlətinin və hökumətin, o cümlədən dövlət başçısının siyasətinə qarşı qeyri-obyektiv, qərəzli, sifarişli fikirlərlə çıxış etməyə başlayıb. O, bu vasitə ilə özünü məşhur sovet dissidenti və hüquq müdafiəçisi, Mordoviya həbsxanasında ölümünü gözə alaraq, sovet hakimiyyətinə boyun əyməyən Marçenkoya bənzətməyə çalışıb, fəqət onun bu cəhdi boşa çıxıb.

Beləliklə, L.Yunusun real kimliyi bir daha özünü vəkil E.Qənbərovun kitabında ifşa edilib. Misal üçün, “SDİ” rəhbəri vaxtilə bu sözləri deyib: “Hakimiyyət məni həbsxana yaramazına çevirmək istəyir. Mən yaramaz olmağa hazıram. Lakin azadlıqdakı yaramaz”. Göründüyü kimi, L.Yunus azadlığa çıxdıqdan sonra yalnız bir vədinə əməl edib – azadlıqda yaramaza çevrilib...

Leyla Yunusun Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevaya yazdığı məktubu təqdim edirik:

"Mən Sizə Milli Məclisin deputatı, qayğıkeş ana və ziyalı qadın kimi müraciət edirəm. Ailəmiz çətin sınaqlar dövrünü yaşayır. Mən və həyat yoldaşım A.Yunus həbs olunmuşuq, qızımız tək qalıb. Bilmirəm. Tale mənə neçə il ömür verib, lakin həyat yolumun sonunu ailəm arasında qarşılamaq istərdim.

Hüquq müdafiəçisi kimi bütün fəaliyyətim boyu hakimiyyəti tənqid etmişəm, lakin heç vaxt özümü onun düşməni hesab etməmişəm. Müxtəlif illərdə mənim hakimiyyətlə münasibətlərim müxtəlif cür formalaşıb, lakin mən həmişə qarşılıqlı hörmət, aşkarlıq və fikir plüralizmi prinsiplərinə sadiq qalmışam.

Sizə qarşı mən hər zaman dərin hörmət hissi keçirmişəm. Sizin təşəbbüsünüzlə amnistiya aktı qəbul olunan zaman mən, başqa hüquq müdafiəçiləri kimi, Sizə minnətdar idim!

Bilirəm, Azərbaycan vətəndaşlarının əksəriyyyəti Sizə, Heydər Əliyev adına Fondun Prezidenti kimi, kömək və ədalət naminə müraciət edirlər. Bu elə-belə deyil. Deməli, insanlara real kömək var.

30 ildən artıq müddətdə mən də insanlara kömək etməyə çalışmışam. Xarakterimin emosionallığından irəli gələrək, heç də həmişə diplomatik qaydalara riayət etməmişəm. Lakin həyat öz düzəlişlərini edir. Mən hüquq müdafiəçisi kimi fəaliyyətimi bitirdim və bacardığımı etdim, buna görə bir anın içində faktiki olaraq yetim qalan qızımın taleyini qurban verdim. Bu mənə əzab verir. Qızımdan ayrı qalmağım mənə korlanmış səhhətimdən (hepatit C, qaraciyərin parçalanması, görmənin pozulması və s.) və sərt hökmün çıxarılmasını gözləməkdən daha çox əziyyət verir.

Hörmətli Mehriban xanım!

Sizdən mənim azad olunmağıma və ailəmizin yenidən qovuşmağına yardımçı olmağınızı xahiş edirəm. Ümid edirəm ki, mənim xahişim cavabsız qalmayacaq və Sizin qəlbinizdə rəhm oyadacaq.

Hörmətlə, L.İ.Yunus, 27.05.2015”.

Təkcə bu faktın özü L.Yunusun kim olduğunu kifayət qədər ortaya çıxarmış olur.

İndi isə vəkil E.Qənəborun “Leyla Yunusun dədəbəsi və yoxsulluğu” adlı kitabındakı bir neçə cümləyə diqqət yetirək: “Budur – hakimiyyətlə “güzəşt edilmədən” mübarizə və yunussayağı “əyilməzlik”. Sən demə, isti bucaqda, Amsterdamın, Praqanın və ya Antalyanın komfort şəraitində oturaraq, başqalarını mübarizəyə səsləmək və özündən sovet dövrünün dissidenti obrazı yaratmaq olarmış. Lakin həbsxanaya düşmək bəs edir ki, qürur və ləyaqət yoxa çıxsın? Alçalmaq, ağır xəstəlik görüntüsü yaratmaqla ağlamaq və deyinmək, satqınlığa getmək olarmış.

Bu yaxınlarda L.Yunusun Almaniyanın Esslingen şəhərindəki çıxışını oxudum. Orada o deyir ki, “Azərbaycanda hakimiyyətə gəlmiş əyalət nümayəndələri Azərbaycanı rüsvay edir”. Ehtiyac yarananda onun üçün hakimiyyətdəkilər ziyalı, rəhmli insanlardır, qrant yemək vaxtı çatanda isə əyalət nümayəndələridir. L.Yunus bütün yaxınlarını, tanışlarını, hətta yad adamları Prezident İlham Əliyevdən və Birinci Xanım Mehriban Əliyevadan azad olunmasını xahiş etmək üçün səfərbər edib”.

Göründüyü kimi, L.Yunus həbsxanada “əzabkeş”, yaxud “məzlum” rolunu oynayarkən, radikal müxalifət mətbuatı onu “mübariz, əyilməz, sınmayan” hüquq müdafiəçisi” kimi təqdim edərkən, bu adam qızı Dinaraya məktublar yazdırıb, hakimiyyətə göndərməsini israrla tələb edirmiş. Hətta “ağlamaqdan çəkinmə” (?-R.N.) deyərək, ona bacardığı qədər “yazıq” kimi görünməyi israrla tapşırmışdı. Həmin məktublar da sözügedən kitabda ictimailəşdirilib.

Ümumiyyətlə, bütün bunlardan sonra məhz Azərbaycan hakimiyyətinin humanizmi sayəsində azadlığa çıxmış L.Yunusun sonradan yenidən köhnə şakərinə qayıtması bu adamın nə qədər çox sifətə malik olmasını bariz qaydada sübuta yetirir.

TV France-2 telekanalının jurnalistləri Eliz Lüse və Rolan Rişar böhtan və qərəzə söykənən reportajlarına görə Avropa məhkəməsi qarşısında...

İndi isə keçək digər bir məsələyə. Belə ki, hələ 2015-ci ilin sentyabrında Fransanın TV France-2 telekanalının jurnalistləri Eliz Lüse və Rolan Rişar qeyri-obyektiv, əsassız və heç bir faktlara, sübutlara söykənməyən “araşrdırma” apararaq, Azərbaycan hökumətini “despot”, “aşırı avtoritar” və s. bənzətmələrlə dünyaya tanıtmağa cəhd göstərmişdilər. Lakin onlar bir reallığı unutmuşdular ki, Azərbaycanda “daş qayaya rast gəldi” deyilən bir deyim var və bu dəfə onların böhtan dolu reportajları da qayaya dəyib param-parça olacaq. Çünki məhz həmin reportajın ardınca Azərbaycan hökuməti adıçəkilən jurnalistləri məhkəməyə verərək, simvolik 1 avro kompensasiya tələb etdi. Yəni bununla Azərbaycan hökuməti çatdırmaq istədi ki, ortada olan maraq dövlət marağıdır və bu marağı sona qədər qoruyub-müdafiə edəcək. Belə ki, sözügedən reportaj efirə getmişdi və həmin reportajda Azərbaycanı tanımayan Avropa ölkələrinin vətəndaşları ölkəmiz barədə qeyri-dəqiq, yalan informasiyalarla doldurulmuşdular.

Vəkil Olivye Pardonun kökündən vuran sualları qarşısında real acizlik və susqunluq

Beləliklə, 2015-ci ildə Fransanın sabiq prezidenti Fransua Ollandın Bakıya rəsmi səfəri ərəfəsində Azərbaycana gələn TV France-2 telekanalının jurnalistləri Eliz Lüse və Rolan Rişar burada ölkəmizi olduğu kimi deyil, tamamilə əks istiqamətdə təqdim etmək üçün reportaj hazırladılar. Həmin qərəzli reportaj isə xüsusilə ölkəmizdə azad şəkildə fəaliyyət göstərən radikal müxalifət mediasında geninə-boluna yerləşdirildi. Söz yox ki, burada faktiki olaraq jurnalist obyektivliyi deyil, əksinə düşmənçilik mövqeyi var idi.

Nəticədə sözügedən reportaja görə, Azərbaycan dövlətinin iddiası əsasında Avropa məhkəməsi qarşısına çıxan fransalı jurnalistlər ölkəmizin hüquqlarını müdafiə edən həmyerliləri – nüfuzlu vəkil Olivye Pardonun sualları qarşısında aciz qaldılar. Daha dəqiq desək, Azərbaycanı Şimali Koreyaya, Qvatemnalaya, Burneyə, Botsvanaya bənzədən jurnalistlər ciddi sual zərbələrindən nokauta düşürüldülər.

Danılmaz faktlar, sübutlar və Azərbaycan reallığı anti-Azərbaycan dairələri dalana dirədi

Sentyabrın 5-də sözügedən iddia əsasında ilk məhkəmə iclası keçirildi. Eliz Lüse və Rolan Rişar məhkəmədə hər vəchlə sübuta yetirməyə çalışdılar ki, onlar reportajı hazırlayarkən, ən incə detallara qədər araşdırmalar aparıb reallıqları göstərməyə çalışıblar və heç bir qərəzə, böhtana yol açmayıblar. Ancaq gəlin görək, bu həqiqətənmi belədir? Misal üçün, Azərbaycan dövlətinin mövqeyini müdafiə edən vəkil Olivye Pardon Azərbaycan əhalisinin sayını soruşduqda, jurnalistlər bu suala cavab verə bilməyiblər. Maraqlıdır, əgər onlar həqiqətən də ölkəmiz barədə obyektiv reportaj hazırlayıblarsa, elementar sualı niyə cavablandırmaqda aciz qalıblar?

Keçək digər suala – paytaxt Bakıdan başqa Azərbaycanın daha hansı şəhərlərinin adlarını çəkə bilərsiniz? Bu sual da cavabsız qalıb və jurnalistlər Azərbaycanın heç bir şəhərinin adını çəkə bilməyiblər!

Bundan sonra ölkəmizin müdafiəsini həyata keçirən vəkil əsəbi halda əllərini yelləyərək deyib: “Təsəvvürünüzə gətirin ki, Azərbaycanın hansısa jurnalisti Fransanı diktatura ölkəsi adlandırıb və Fransa əhalisinin sayını, Marsel, Lion, Nant kimi şəhərlərinin adlarını bilmədən bu iddia ilə reportaj hazırlayıb. Heç bunu təsəvvürünüzə gətirə bilərsinizmi?!”

Cavabdehlər yenə də susub, gözlərini döyməkdə davam ediblər.

Vəkil Olivyenin növbəti sualları isə jurnalistləri ümumiyyətlə, dalana dirəyib: “Bir ölkədə ki ölüm hökmü dəyişdirilibsə, qadınlar səs verirlərsə, eyni zamanda kişilərlə bərabər hüquqlara malikdirlərsə, sekulyarizm elan edilibsə, və bütün dini konfensiyalar azad və sülh şəraitində ibadət və ayinlərini reallaşdırırlarsa, Avropa konvensiyası milli qanunvericiliyin bir hissəsi kimi qəbul edilibsə, bu ölkəni diktator olaraq göstərmək nə qədər doğrudur?”.

Bu da son deyil, belə ki, vəkil Olivye Pardon sual edərək jurnalistlərdən soruşub: “Sizə məlumdurmu ki, Azərbaycan vətəndaşlarının Avropanın apellyasiya məhkəməsinə müraciət etmək hüquqları var və onların əksəriyyəti insan hüquqları məhkəməsinə müraciət edərək işləri udurlar, Azərbaycan dövləti isə buna görə kompensasiyalar ödəyir? Diktatura rejimində bu mümkün olardımı?!”

Bu sual da təbii ki, cavabsız qalıb..!

Fransalı jurnalistlərin “dadına çatan” Leyla Yunus etraflar etsə də, gözlərini ağardan məşhur isterika görüntüsünü bu məhkəmədə də sərgilədi – hədə gəlmək və aşkar şivənlik....

Bəs burada fransalı jurnalistlərin dadına kim çata bilərdi? Əlbəttə ki, başında “ağ saç” pariki, “qoca”, məzlum”, “əzabkeş”, bir əlində “əsası”, digərində isə “ürək dərmanı” olan L.Yunus və əri A.Yunus! Həmin L.Yunus ki, azadlığa buraxılması üçün Azərbaycan hakimiyyətinə və nüfuzlu ictimai-siyasi xadimlərinə yalvarış dolu məktublar yazıb və yazdırıb. Həmin L.Yunus ki, həmin məktublarında yalnız bir söszünə əməl edib – azadlıqda yaramaza çevrilib!

Vəkilin sualları qarşısında aciz qalaraq, Azərbaycan hakimiyyətinə qarşı reportaj hazırlayan jurnslitlərin dadına çatmaq istəyən L.Yunus qarşısındakı vəkilin suallarına doğru şəkildə cavab verməyə məcbur olub. O, etiraf edib ki, həbsdə olduğu müddətdə həkimlər tərəfindən mütəmadi yoxlanılıb, hətta Avropalı parlamentarilərlə belə görüşüb. Bu kimi istisnası mümkün olmayan etiraflardan sonra vəkil L.Yunusa da sual edib ki, bunlardan sonra Azərbaycanı “diktatura ölkəsi” adandırmaq hansı vicdana əsaslana bilər? L.Yunus bu suala cavab verə bilmədi...

Ancaq bütün bunlardan sonra öz məşhur isterikasına sadiq qalaraq, “siz buna görə cavab verməli olacaqsınız” deyə Azərbaycan demokratiyasını sübuta yetirən fransalı vəkili hədələyib. Amma nəyə görə, həqiqəti, reallığı üzə çıxarıb, onları ifşa etdiyinə görəmi...? Çox yəqin ki, məhkəmənin gedişatında ermənilərin də Leyla və Arif Yunuslarla, Qənimət Zahidlə, Aqil Xəlillə, Rəhim Hacıyevlə, Vidadi İsgəndərli ilə və s. milli xəyanətkarlarla prosesi izləmələri hər şeyi tam çılpaqlığı ilə ortaya qoyub.

Rövşən NURƏDDİNOĞLU

P.S. Yeri gəlmişkən, sözügedən prosesdə cavabdehlərin şahidi olaraq daim Azərbaycana qarşı qərəzli hesabatları ilə yadda qalan “Sərhədsiz reportyorlar” jurnalist təşkilatının sədri Yoxan Bir də vəkil Olivye Pardonun sualı qarşısında aciz və susqun qalıb. Belə ki, vəkilin sözlərinə görə, “Sərhədsiz reportyorlar” təşkilatı ölkələrin azad söz və ifadəsinə əsaslanan reytinq cədvəlində Fransa 39-cu, Surinam isə 29-cu yerdə dayanır. SUAL: “Əgər belədirsə, Fransanı diktatura ölkəsi adlandırmaq mümkündürmü?”.

Bütün xəbərlər Facebook səhifəmizdə