Keçmiş müdafiə naziri: “Rusiya Ermənistanı, Ermənistan isə Dağlıq Qarabağı müdafiə edir”

Keçmiş müdafiə naziri: “Rusiya Ermənistanı, Ermənistan isə Dağlıq Qarabağı müdafiə edir”

"Rusiyanın Ermənistanı dəstəkləməsi nəticəsində Ermənistan Dağlıq Qarabağı işğal edib". SİA-nın xəbərinə görə, bunu Ermənistanın sabiq müdafiə naziri Vaqarşak Artunyan "168 Jam" qəzetinə müsahibəsində bildirib. Onun sözlərinə görə, rəsmi Moskvanın Ermənistana yardımının nəticəsidir ki, hazırda atəşkəs rejimini erməni tərəfi stabil saxlayır. Ermənistanın ərazisində yerləşən "Gümrü" hərbi bazasında S-300 zenit-raket kompleksinin olduğunu deyən eks nazir bildirib ki, qurğu rus hərbiçilərində olsa da onun idarə edilməsi Ermənistan hökumətinin əlindədir.

 

"Əgər Azərbaycan müharibəyə başlayarsa, rus hərbi bazasından Azərbaycana qarşı istifadə edilə bilərmi" sualına cavabında Vaqarşak Artunyan Rusiyanın həqiqi simasını ortaya qoyub. O bildirib ki, Ermənistanla Rusiya arasında imzalanan müqaviləyə görə, rus ordusu Ermənistanı müdafiə edəcək. Nazir hesab edir ki, separatçı Qarabağ Ermənistansız heç nəyə qadir deyil. Ermənistan isə Rusiyanın hesabına buna qadirdir: "Rusiya Ermənistanı, Ermənistan isə Dağlıq Qarabağı müdafiə edir".

Bütün xəbərlər Facebook səhifəmizdə