Ötən ilin iyulunda Ermənistanda “Sasna Srer” qruplaşması tərəfindən Serj Sarkisyan hakimiyyətinə qarşı baş qaldırmış və bir neçə gün davam edən silahlı qiyamın ardınca hazırda həbs olunmuş qruplaşma üzvlərinin məhkəmə prosesləri də sakit keçmir. SİA erməni mətbuatına istinadən xəbər verir ki, “Sasna Srer” üzvləri hətta məhəmələrində xalqı yeni silahlı qiyama çağırır, Sarkisyan rejimi ilə amansız mübarizəyə dəvət edirlər.
Bu kimi çağırışlarla bağlı Ermənistanın “Birinci İnformasiya” (1in.am) saytına müsahibə verən “Demokratik vətən” partiyasının lideri Petros Makeyana görə, “Sasna Srer” üzvlərinin çağırışları ağır nəticələrə səbəb ola biləcək halların yaranmasını mümkünsüz edir, çünki xalq hələ aprelin 2-də keçirilmiş saxta parlament seçkilərində satlıq mal kimi alındı və bunun sonluğu olaraq, rüsvayçı seçki kodeksi əsasında mövcud parlament formalaşdırıldı, hansı ki, orada hər kəs sorğusuz-sualsız Serj Sarkisyana nökərçilik edirlər. “Belə bir vəziyyətdə bənzər çağırışlara çətin ki, hay verən olsun, hələlik bunun zamanı deyil”- bildirən partiya lideri bütün bunlara baxmayaraq, yaxın vaxtlarda dəyişiklərin baş verəcəyini də istisna etməyib.
Belə ki, jurnalistin “yaxın vaxtlarda dəyişikliklər oacağını hesab edirsinimzi?” sualını cavablandıran Petros Makeyana hesab edir ki, bu il müddətində fors-major vəziyyətlər gözlənilir. O, buna səbəb kimi Qarabağ məsələsinin Kazan variantı vasitəsi ilə həll olunacağı ehtimalını göstərib: “Sarkisyan heç vaxt öz hakimiyyətini əldən vermək fikrində olmadığı kimi, bu dəfə də belə davam edəcək. O, ölkənin birinci adamı olaraq qalmaq iddiasındadır. Bu iki faktor ölkədə fors-major vəziyyətin yaranmasına səbəb ola bilər.
“Məhz bu baxımdan, “Sasna Srer” üzvlərinin çağırışları hər hansı bir nəticələrə gətirib-çıxarmaq ehtimallarını artırır” – Ermənistanın “Demokratik vətən” partiyasının lideri proqnoz verib.
Xatırladaq ki, adıçəkilən silahlı qruplaşmanın üzvləri ötən ilin iyulunda Ermənistan hakimiyyətinin Aprel müharibəsində uduzmasını, ölkəni uçuruma doğru yuvarlamasını əsas gətirərək, silahlı qiyama əl atmışdı. Bir neçə gün davam edən qarşıdurmaların ardınca, Sarkisyan güc strukturlarına odlu silahdan istifadə əmrini vermişdi. Nəticədə həm polis, həm də qruplaşma üzvləri arasında ölən və yaralananlar olmuşdu.
Rövşən NURƏDDİNOĞLU
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB