Türkiyə və Qazaxıstanın parlament aparatlarının rəhbərləri Bakıya gəliblər

Türkiyə və Qazaxıstanın parlament aparatlarının rəhbərləri Bakıya gəliblər

Türkiyə Böyük Millət Məclisinin baş katibi Sadettin Kalkan və Qazaxıstan Senatı Aparatının rəhbəri Murat Nurtleuov sentyabrın 19-da Bakıya gəliblər. SİA-nın məlumatına görə, səfərin məqsədi sentyabrın 20-də Bakıda keçiriləcək Türkdilli Ölkələrin Parlament Assambleyasına (TürkPA) üzv dövlətlərin parlament aparatı rəhbərlərinin qeyri-formal toplantısında, sentyabrın 21-də isə "Dövlətlərarası əlaqələrin inkişafında parlament demokratiyası" mövzusunda beynəlxalq konfransda iştirak etməkdir.

Türkiyə və qazaxıstanlı qonaqlar sentyabrın 20-də Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını, Şəhidlər xiyabanını və Şəhid türk əsgərlərinin memorialını ziyarət edəcəklər.

Qonaqların Milli Məclisdə bir sıra görüşləri də nəzərdə tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə