Azərbaycanın Rusiyadan aldığı TOS 1A silahları son iki gündə Ermənistan mediasının ən çox yazdığı mövzulardan biri olub. Ermənistanın hərbi-siyasi ekspertləri ölüm saçan silahın geniş ərazilərdəki tətbiqinin canlı qüvvə və texnikasının çoxsaylı itkilərlə məruz qalacağını bilsələr də bunu müxtəlif vasitələrlə gizlətməyə çalışırlar. SİA xəbər verir ki, erməni mediası bu kimi silahın onlarda da olduğunu bildirsələr də, əslində həmin silahların köhnəlmiş və yararsız olduğunu deməyə cürət etmirlər. Əks halda düşmən ötən ilin aprelində Azərbaycanın öldürücü zərbəsinə cavab olaraq TOS silahlarından istifadə edərdilər.
Əsasən, ermənipərəstlikləri ilə seçilən rusiyalı ekspertlərdən eyni məzmunlu açıqlamalar alan ermni mətbuatı guya bu silahların yalnız düzənlik ərazilərdə istifadə edildiyini iddia edirlər. Lakin ötən ilin aprelində Azərbaycan Ordusunun vurduğu ağır zərbələrin əks olunduğu videodan da görünür ki, TOS 1 A silahı bütün mövqelərdən istifadə edilərək, düşmənə sarsıdıcı və ölümcül zərbə vurmağa qadirdir. Bu səbəbdən, ermənilər əsl gerçəkliyi müxtəlif üsullarla gizlətməyə çalışırlar.
Aşağıdakı linkdən isə 2016-cı ilin aprelində Azərbaycan Ordusunun erməni mövqelərini TOS 1 A silahı ilə necə vurması görüntülərini izləyə bilərsiniz.
https://www.youtube.com/watch?v=fDAy6ZzZSNg
Rövşən NURƏDDİNOĞLU
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB