Ermənistan böyük müharibənin astanasındadır

İşğalçı ölkənin ictimai-siyasi dairələri dalana dirəndiklərini necə etiraf edirlər?

Son günlər Ermənistanda əsən müharibə yeli ilk növbədə belə qənaətə gəlməyə əsas verir ki, işğalçı ölkənin demək olar ki, bütün ictimai-siyasi cameəsi bu faktordan ciddi şəkildə təlaş keçirir və bu məsələdə xüsusilə, Rusiya tərəfi günahlandırılır. Belə ki, Ermənistanın Rusiya amilindən imtina edərək, Avropaya və Qərbə tərəf üz tumaq istəyinin getdikcə daha çox qabardılması da bu ölkənin dalana dirənməsindən xəəbər verir. Politoloqlar, hərbi ekspertlər, eləcə də bir çox ictimai-siyasi təşkilatlar Avropa Birliyi və NATO-ya inteqrasiyadan danışmağa başlayıblar.

Stepan Qriqoryan ölkəsinin NATO ilə əməkdaşlığının baş tutmayacağı təqdirdə Azərbaycanın böyük müharibəyə Stepan Qriqoryan ölkəsinin NATO ilə əməkdaşlığının baş tutmayacağı təqdirdə Azərbaycanın böyük müharibəyə başlaya biləcəyini açıq-aşkar etiraf edibcəyini açıq-aşkar etiraf edib

Bu arada, Ermənistanın qloballaşma və regional araşdırmalar mərkəzinin rəhbəri Stepan Qriqoryan da hesab edir ki, Ermənistanın NATO ilə əməkdaşlığı baş tutarsa, bu əməkdaşlıq hər hansı bir digər ölkəyə qarşı olmayacaq. Halbuki, Ermənistan bu alyans da daxil olmaqla, bir sıra Qərb təşkilatları tərəfindən işğalçı ölkə kimi tanınmaqdadır. Ancaq buna baxmayaraq, erməni politoloqları işğalçılıq faktını kənara qoyaraq, ölkələrinin siyasi çöküşünün qarşısını almaq üçün reallaşması mümkün görünməyən ideyalarla çıxış edirlər. SİA “1in.am” saytına istinadən xəbər verir ki, Stepan Qriqoryan bunu hazırda Rusiya ilə əməkdaşlıq prinsipi ilə əlaqələndirib. Daha dəqiqi, erməni ekspert bu məsələdə guya heç bir başqa ölkəyə təcavüz etmək planlarının olmadığını demək istəyib. “Əgər Rusiya ilə reallaşdırılan birgə proqramlara nəzər salarsaq, bizim belə marağımız yoxdur”-deyə qeyd edən Qriqoryan hətta Şimal qonşusunun ölkəsi ilə birgə əməkdaşlıq məsələsində əsas oyunçu olduğunu etiraf etsə belə, guya bir sıra hallarda “ermənilərin şəxsi maraqlarının” da olduğunu, eləcə də bu “maraqları” reallaşdırdığını deyib.

Beləliklə, NATO ilə əməkdaşlığın reallaşdırılacağı halda Ermənistanın bu hərbi alyansla da eyni siyasət yürüdəcəyini iddia edən Stepan Qriqoryan ölkəsinin NATO ilə əməkdaşlığının baş tutmayacağı təqdirdə Azərbaycanın böyük müharibəyə başlaya biləcəyini açıq-aşkar etiraf edib. Lakin burada digər bir amil nəzərə çarpır ki, Ermənistanın NATO ilə əməkdaşlıq istəyi Azərbaycana qarşı sırf işğalçılıq siyasətini davam etdirmək məqsədini güdür. Bu səbəbdən, onun daha öncə “əməkdaşlığımız başqa ölkələrə qarşı olmayacaq” fikirləri əlbəttə ki, sonrakı fikirləri ilə qətiyyən üst-üstə düşmür.

Başqa tərəfdən, NATO-nun böyük avtoritetə malik olduğunu deyən Qriqoryan bildirib ki, bu təşkilat onları (erməniləri-red.) silah gücünə müdafiə etməsə də, siyasi bəyanatları ilə müdafiə edə bilər.

Göründüyü kimi, erməni politoloqu NATO-nun sülh yaratmaq, ya da sülhü müdafiə etmək siyasətindən sui-istifadə şəklində yararlanmalı olduğunu deyərək, bununla da Ermənistanın təcavüzkar siyasi baxışlarını müdafiə edəcəyini düşünür.

Analitik yazar Sarqis Artsruri isə müharibə riskinin böyük olması ilə yanaşı, Ermənistanın məğlubiyyətə uğramaq ərəfəsində Analitik yazar Sarqis Artsruri isə müharibə riskinin böyük olması ilə yanaşı, Ermənistanın məğlubiyyətə uğramaq ərəfəsində olduğu qənaətindədir qənaətindədir

Adıçəkilən saytın analitik bölməsində də Ermənistanda müharibə qorxusunun tüğyan etməsi göz qabağındadır. Sarqis Artstusinin müəllifi olduğu analitik şərhdə bildirilir ki, ötən həftə təmas xəttində dramatik hadisələrlə yadda qaldı. “Nə qədər də çətin olsa belə, etiraf etməliyik ki, yeni müharibə artıq bizim astanamıza dayanıb və hələ ki, bu müharibənini qarşısını ala biləcək nə daxili nə də xarici faktorlar görünmür”-deyə analitik yazar qeyd edir.

Sarqis Artsruni öz yazısında bildirir ki, müharibənin Ermənistana yaxınlaşmasında günah Serj Sarkisyan hakimiyyətidir. SİTAT: “Biz, avtoritarizm demokratiyanı əzərkən, müharibəyə daha da yaxınşaşdıq, biz, vətəndaşların oliqarxın və onun yoğunlayan qoçularının nökərinə çevirdiyi vaxt, Ermənistan Rusiyanın vassalına çevrildiyi vaxt müharibəyə daha da yaxınlaşdıq”.

Erməni müəllif sonda yazır ki, müharibə riski böyükdür və Ermənistan məğlubiyyətə uğramaq ərəfəsindədir.

Beləliklə, bu kimi bənzər fikirlərin düşmən ölkədə yer alması, eləcə də artması bir faktı kifayət qədər sübuta yetirmiş olur.

Rövşən NURƏDDİNOĞLU

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə