Sabah növbədənkənar sessiyanın sonuncu iclası keçiriləcək

Sabah növbədənkənar sessiyanın sonuncu iclası keçiriləcək

Sabah Azərbaycan Milli Məclisinin növbədənkənar sessiyasının sonuncu plenar iclası keçiriləcək. SİA-nın xəbərinə görə, iclasın gündəliyinə 16 məsələ daxildir.

İclasda "Azərbaycan Respublikası Milli Məclis deputatının etik davranış qaydaları haqqında" (2-ci oxunuşda, “İşsizlikdən sığorta haqqında” qanun layihəsi (2-ci oxunuşda) müzakirəyə çıxarılacaq.

Bundan başqa, "Azərbaycan Respublikasnın 2017-ci il dövlət büdcəsi haqqında", Su Məcəlləsinə, Miqrasiya Məcəlləsinə, “İcra haqqında”, “Məişət zorakılığının qarşısının alınması haqqında”, “Reklam haqqında”, “Dövlət rüsumu haqqında", “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” və.s qanunlara edilən əlavə dəyişikliklərə də baxılacaq.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə