XİN sözçüsü “Formula-1”-in siyasi əhəmiyyətindən danışdı MÜNASİBƏT

XİN sözçüsü “Formula-1”-in siyasi əhəmiyyətindən danışdı MÜNASİBƏT

“Formula-1” yarışlarının ölkəmizdə keçirilməsi bir daha onu göstərir ki, Azərbaycan Respublikası mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi edən dövlətdir”. Bunu SİA-ya açıqlamasında Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.

Onun sözlərinə görə, “Formula-1” yarışlarında iştirak edən beynəlxalq kütləvi informasiya vasitələrinin sayı da elə bir daha bu tədbirə beynəlxalq ictimaiyyət tərəfindən verilən əhəmiyyətin göstəricisidir: “Artıq ilkin məlumatlara görə, 400-dən artıq beynəlxalq KİV nümayəndələri bu tədbirdə iştirak edirlər. Bu, ölkəmizdə mətbuat azadlığının ən yüksək səviyyədə təmin olunmasının növbəti nümunəsidir. “Formula-1” yarışlarının nəticəsi də göz önündədir. Bu yarışlar Azərbaycanın beynəlxalq səviyyədə nüfuzunun daha da artmasına öz töhfəsini verən vacib tədbirlərdən biridir”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə